Əmək pensiyalarının sığorta hissəsi yanvarın 1-dən nə qədər indeksləşdiriləcək?

Əmək pensiyalarının sığorta hissəsi yanvarın 1-dən nə qədər indeksləşdiriləcək?

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu günlərdə 2011-ci il ərzində istehlak qiymətlərinin indeksinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə bildirib.
“Biz Dövlət Statistika Komitəsinə müraciət etmişik və bu barədə məlumatlar almışıq. 2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz təşkil edib. Bu ondan xəbər verir ki, 2012-ci il yanvarın 1-dən əmək pensiyalarının sığorta hissəsi 7,9 faiz artacaq”, - Müslümov deyib.
Onun sözlərinə görə, bu, bu il üçün birinci artımdır və sonrakı artım sosial sığortadan daxilolmaların həcmindən asılı olaraq aparılacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər