Fazıl Məmmədov: Hüquqi şəxslərin dövlət qeydiyyatı elektron olacaq

Fazıl Məmmədov: Hüquqi şəxslərin dövlət qeydiyyatı elektron olacaq

Vergilər Naziri cənab Fazil Məmmədovun xarici KİV-ə müsahibəsindən:

Sual: 2012-ci il Azərbaycanda elektron hökumətin qurulması istiqamətində mühüm bir il olacaqdır. Vergilər Nazirliyi yaxın gələcəkdə hansı yenilikləri tətbiq etmək niyyətindədir?
Cavab: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı dövlət orqanları qarşısında yaxın perspektivlər üçün ciddi vəzifələr qoymuşdur. Biz 2012-ci ilə elektron hökumətin qurulması sahəsində ciddi dəyişikliklər ili kimi baxırıq. Hesab edirəm ki, siz qısa müddətdə bu sahədə Azərbaycanda böyük dəyişikliklərin şahidi olacaqsınız.
Azərbaycanın vergi xidməti də bu prosesin fəal iştirakçısı olacaqdır. Vergilər Nazirliyi yaxın gələcəkdə vergi sisteminin tam şəkildə yeni texnologiyalar üzərinə keçirilməsini başa çatdırmaq və vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı əlaqələrin də əsasən kontaktsız, elektron vasitələrlə həyata keçirilməsinə, elektron auditin tətbiqinə nail olmaq niyyətindədir.
2012-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçiriləcək. Kommersiya hüquqi şəxslərin e-qeydiyyatının tətbiqindən sonra istər prosedurlar, istərsə də xərc tutumu və sərf olunan müddətlər xeyli azalacaq. 2012-ci ildən vergi və rüsumların internet üzərindən ödənilməsi tətbiq ediləcək. Yaxın gələcəkdə vergi yoxlamaları elektron şəkildə aparılacaq. Müasir dünyada tətbiq olunan ən son və mütərəqqi xidmətlərin hamısı ölkəmizdə tətbiq olunacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər