Mikayıl Cabbarov İqtisadiyyat naziri oldu

Mikayıl Cabbarov İqtisadiyyat naziri oldu

Azərbaycan Respublikasının Prezidentinin 23 oktyabr 2019-cu il tarixli sərəncamları ilə Vergilər naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin olunub.

Qeyd edək ki, Prezidentin 23 oktyabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin statusu dövlət xidmətinə dəyişdirilib  və  İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər