İşçiyə məcburi olaraq işdənçıxma ərizəsi yazdırmaq ehtimalı məhkəmədə necə araşdırılır? (Ali Məhkəmə təcrübəsi)

İşçiyə məcburi olaraq işdənçıxma ərizəsi yazdırmaq ehtimalı məhkəmədə necə araşdırılır? (Ali Məhkəmə təcrübəsi)

Satışı uğurla davam edən "Əməyin uçotu: A-dan Z-yə"(V nəşr) kitabından seçmə

Ali Məhkəmənin 28 avqust 2024-cü il tarixli və 2(102)-2854/2024 saylı  qərarında məktəb direktoru vəzifəsində çalışmış işçi qeyd edib ki, ona məcburi olaraq işdən çıxma ərizəsi yazdırıb: “Otağına getdikdən sonra XXXX onu təhdid etməyə başlayaraq bildirmişdir ki, ərizəni yazıb işdən çıxmalıdır, əgər ərizəni yazıb işdən çıxmasa, onun barəsində prokurorluğa müraciət edərək onu tutduracaq.”
İşçi iddia ərizəsində həmçinin bildirib ki, ərizədə işdən çıxma səbəbini səhhəti ilə əlaqədar olmasını qeyd edilməsi də bildirib: “Ərizəni “səhhətimlə bağlı işdən azad edilməyimi xahiş edirəm” məzmununda yazmağı ona təkid ediblər. O, mediasiyaya müraciət etdikdən sonra müavin onu çağıraraq, ərizəsini geri götürəcəyi halda digər iki məktəbə direktor təyin etməyi təklif etmişdir. Lakin o, bu təkliflə razılaşmamışdır. Onun baş vermiş hadisələrdə heç bir təqsirinin olmadığını və işdən çıxmaq barədə ərizəsini hədə-qorxu təsiri altında yazdığını nəzərə almaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.”
Məhkəmənin araşdırması zamanı tərəflər arasında qərəzli münasibətin olmasının mövcudluğu aşkar edilib: “Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. 

İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.”
Məhkəmənin digər maraqlı yanaşması isə işçinin ərizəsində səhhəti ilə bağlı problemin qeyd edilməsidir: “Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli əmrin iddiaçının səhhətində yaranmış problemlərə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir. Lakin elə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı rəhbərliyin adına ərizə yazaraq, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirir və xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş edir. Ərizəsinə uyğun olaraq da xx.xx.2023-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilir. Halbuki, baş-beyin insultu keçirlmiş şəxsin sərbəst şəkildə İdarəyə gəlməsi və ərizə yazması fiziki baxımından qeyrimümkündür. Bunu bilmək üçün tibb sahəsində xüsusi biliyə malik olmaq tələb edilmir”.
Qeyd edək ki, işçi onun  barəsində əmr verildikdən 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı həkim müayinəsindən keçir, bu zaman onun yararlı, habelə kardioloji sağlam olması müəyyən edildiyindən ona bu halı təsdiq edən tibbi arayış əldə edib.
Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi adi şəraitdə baş verməmiş, bu proses bir sıra hadisələrlə və tədbirlərlə müşayiət edilmişdir. Beləliklə, məhkəmə işçi tərəfindən yazılan ərizənin onun könüllü istəyi ilə olmadığı qənaətinə gələrək işçinin əmək müqaviləsinə xitamla bağlı əmrini etibarsız hesab edib. 

1024 səhifəlik nəşrin əhatə etdiyi mövzularla daha yaxından tanış olmaq üçün geniş və qısa mündəricata baxa bilərsiniz:

Geniş mündəricat:
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf

Qısa mündəricat:
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf

Kitabın qiyməti: 60 manat

Kitabı həm fərdi qaydada, həm də təşkilat adından (müqavilə, elektron qaimə-faktura və s. sənədləşmə ilə) əldə etmək mümkündür.

Çatdırılma ödənişsizdir!
Bakı şəhəri ilə yanaşı, regionlar da daxil olmaqla istənilən ünvana çatdırılma ödənişsiz həyata keçirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

055-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər