Bazar ertəsi, 26 Fevral 2018 06:27

VAKANSIYA! Məşhur Mağazalar Şəbəkəsində MÜHASİB işləmək şansı

"Kontakt Home" mağazalar şəbəkəsi 
 
Vacancy: Mühasib
 
Tələblər:
 
• Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməsi mütləqdir
• Mühasibatlıq sahəsində ən az 2 il təcrübə
• Mühasibatlıqla bağlı qanunvericilik və vergi Məcəlləsi üzrə biliklər
• MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
 
Vəzifə öhdəlikləri:
 
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Əsas vəsaitlərin tanınması, inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
• Təhtəl hesab, balans, avans hesabatının aparılması
• Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
• Hesab və elektron qaimə-fakturaların yazılması
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı
• Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması 
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
• Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
• Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
• İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
 
İş şəraiti:
 
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək CV formasını Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərmək xahiş olunur.
 

Şərh yazın