1 may tarixindən müavinətin təqvim günləri üzrə ödənilməsi işəgötürən üçün əlavə maliyyə yükü yaradacaq?

1 may tarixindən müavinətin təqvim günləri üzrə ödənilməsi işəgötürən üçün əlavə maliyyə yükü yaradacaq?

Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə

Bir məsələni xüsusi qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması bəzi hallarda işəgötürənlər üçün maliyyə yükünün artmasına səbəb ola bilər.
Qaydaların tələbinə əsasən, müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı üzrə hesablanır. Bu isə əvvəlki mexanizmdən fərqli yanaşmadır.
Misal 1. Beşgünlük iş rejimində çalışan işçi şənbə günü 3 gün müddətinə xəstələndiyi üçün xəstəlik vərəqəsi açılıb (şənbə, bazar və bazar ertəsi). Öncəki qaydaya əsasən, işəgötürən yalnız bazar ertəsinə təsadüf edən iş gününə görə ödəniş həyata keçirirdi.
Lakin Qaydaların yeni tələblərinə əsasən, müavinət təqvim günləri üzrə hesablandığı üçün işəgötürən bazar ertəsi ilə yanaşı, şənbə və bazar günləri üçün də müavinət ödəməlidir.
Misal 2. İşçi Novruz bayramı dövründə xəstələnib və xəstəlik vərəqəsi açılıb.
Əmək məzuniyyəti zamanı bayram günləri üzrə istisna nəzərdə tutulsa da (Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən bayram günləri məzuniyyət müddətinə daxil edilmir), əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında belə istisna nəzərdə tutulmamışdır. Bu səbəbdən işəgötürən bayram günlərinə görə də müavinət ödəməlidir.
Misal 3. İşçi növbəli iş rejimi üzrə, iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışır. Aylıq maaş alan işçi bir ay işləyir, növbəti ay isə istirahət edir (aylıq əməkhaqqı alan işçi kimi). Əgər işçi istirahət etdiyi ayda xəstəlik vərəqəsi təqdim edərsə, işəgötürən aylıq əməkhaqqını, eyni zamanda istirahət dövrünə təsadüf edən xəstəlik vərəqəsinə görə müavinəti ödəməli olacaq. Bu isə praktik olaraq iki istiqamətli ödəniş yükü yarada bilər.
Doğrudur, bir günlük qazanc hesablanarkən də iş günləri deyil, təqvim günləri əsas götürüldüyü üçün orta günlük məbləğ əvvəlki sistemlə müqayisədə daha aşağı ola bilər. Lakin bəzi konkret hallarda (istirahət günləri, bayram günləri, növbəli iş rejimi və s.) təqvim günləri üzrə müavinətin hesablanması işəgötürənin ümumi əmək xərclərinin artmasına səbəb ola bilər. Bəzi hallarda əksinə, orta günlük qazancın azalması nəticəsində ümumi ödəniş məbləği əvvəlki sistemlə müqayisədə az da ola bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər