Fəaliyyətini dayandiran və ya ləğv prosesində olan vergi ödəyicilərinə göndərilən elektron qaimə-fakturanın təsdiqi necə aparılır?

Fəaliyyətini dayandiran və ya ləğv prosesində olan vergi ödəyicilərinə göndərilən elektron qaimə-fakturanın təsdiqi necə aparılır?

 

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

“Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nda təsdiqlə bağlı fərqli yanaşma qarşı tərəfin fəaliyyətini dayandırması ilə bağlıdır. Qeyd edək ki, Nazirlər Kabinetinin 15 avqust 2022-ci il  qərarı ilə qaydalara dəyişikliklər edilib. Əvvəlki redaksiyaya görə, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməli idi. Elektron qaimə-faktura 30 gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilirdi və göndərilməmiş hesab olunurdu.

Qaydaların 3.13-cü bəndinin yeni redaksiyasına əsasən, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elekton qaimə-fakturanın təsdiqində fərqli yanaşma var. Birinci dəyişiklik ondan ibarətdir ki,elektron qaimə-fakturanın təsdiq müddəti üçün 30 gün yox, ayın sonuncü günü tələbi qoyulub.

Mİsal 1. Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinə 10 yanvar 2023-cü il tarixdə elektron qaimə-faktura göndərib.  Bu zaman artıq 31 yanvar 2023-cü il tarixədək elektron qaimə-faktura təsdiq olunmadığı halda günün sonunda ləğv ediləcək.

İkinci maraqlı yanaşma isə elektron qaimənin ayın sonuncu günü göndərilməsi halı ilə bağlıdır.

Mİsal 2. Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinə  31 yanvar 2023-cü il tarixdə elektron qaimə-faktura göndərib. Elektron qaimə-faktura göndərilərkən qarşı tərəfin təsdiq etməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş çıxır. Yəni qarşı tərəf ayın sonuncu günü təsdiq etmədiyi halda 1 gündən sonra portal tərəfindən ləğvetmə prosesi həyata keçiriləcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər