Cümə, 20 May 2022 09:28

İşçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi necə rəsmiləşdirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İndi isə işçisinin ərizəsinə uyğun olaraq əmrin nüminəvi formasını təqdim edirik. Əmrin tərtibi zamanı nəzərə alın ki, qısaldılmış iş vaxtı ilə işləyən işçilər əmək haqqını əvvəlki qaydada, işlədikləri saatlara mütənasib şəkildə yox, tam məbləğdə almalıdırlar. Bu, qanunvericiliyin tələbidir. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtının əsas fərqlərindən biri də elə budur.

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Beyləqan şəhəri                                                           11 avqust 2019-cu il

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi haqqında

Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının

11 avqust 2019-cu il tarixli ərizəsinə əsasən onunla imzalanmış 13 iyun 2016-cı il tarixli və ___ №-li əmək müqaviləsinə 1 №-li Əlavə razılaşmaya uyğun olaraq

 ƏMR EDİRƏM:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq 12 avqust 2019-cu il tarixindən başlayaraq Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının hamiləliyi müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) ona beş günlük iş həftəsi üzrə saat 10:00-dan 18:00-dək qısaldılmış gündəlik iş vaxtı təyin edilsin.

Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə normal iş vaxtı üçün müəyyən olunan əmək haqqının tam məbləğdə ödənilməsini təmin etsin.

Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

 

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

11 avqust 2019-cu il

 

__________ Əzimova Z.Q.

11 avqust 2019-cu il

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın