İş vaxtının cəmlənmiş uçotunda qeydiyyat dövrünün düzgün seçilməsi niyə önəmlidir?
Satışı uğurla davam edən "Əməyin uçotu: A-dan Z-yə"(V nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 96-ci maddəsində qeyd edilir ki, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
Rusiya Əmək Məcəlləsində də qeyd edilir ki, qeydiyyat dövrü bir ildən, zərərli və (və ya) təhlükəli iş şəraiti olan işlərdə çalışan işçilər üçün isə üç aydan çox ola bilməz. Rusiyada zərərli və (və ya) təhlükəli iş şəraiti olan işlərə daha az müddət - 3 ay müəyyən edilsə, əmək qanunvericiliyimizdə belə tələb yoxdur.
Qeydiyyat dövrü ilə bağlı hansı məqamlara diqqət yetirməliyik.
Birinci məqam ondan ibarətdir ki, qeydiyyat dövrünün maksimim müddəti yəni tavan həddi müəyyən edilib. Yəni heç bir halda işəgötürən iş vaxtının cəmlənmiş uçotunu müəyyən edərək qeydiyyat dövrünü 1 ildən çox müəyyən edə bilməz. Misal üçün 2026-cı ilin istehsalat təqvimi üzrə illik iş norması 1922 manat müəyyən edilib. Bu o anlama gəlir ki, işçi üçün qeydiyyat dövrü 2026-ci il müəyyən edilibsə, o zaman işçi heç bir halda 1 922s saatdan çox işləyə bilməz yəni işəgötürənin növbə cədvəli elə formalaşmalıdır ki, işçi həmin norma və ya az işləməsi nəzərə alınsın.
İkinci məqama gəlincə isə, qeydiyyat dövrü illik nəzərdə tutulması o anlama gəlmir ki, mütləq olaraq 1 yanvar - 31 dekabr aralığı nəzərdə tutulsun. Mümkündür ki, işçinin qeydiyyat dövrü 1 aprel - 31 mart aralığı olsun və ya işçi ayın ortası işə qəbul olunubsa, o zaman 15 oktyabr 2026 - 15 oktyabr 2027-ci il olsun. Sadəcə nəzərə almaq lazımdır ki, növbəti ilin istehsalat təqvimi cari ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunur.
Üçüncü məqam odur ki, qeydiyyat dövrü aylıq və ya rüblük də ola bilər.
2026-cı ilin istehsalat təqvimindən bəzi qeydiyyat dövrü üzrə iş vaxtının müddətini müəyyən edə bilər. Misal üçün 2026-cı ilin IV rübü üzrə iş normaları aşağıdakı formada müəyyən edilib:
- Oktyabr 176 saat;
- Noyabr 152 saat;
- Dekabr 175 saat
Cəmi 503 saat
İşəgötürən qeydiyyat dövrünü ay olaraq müəyyən etsə, o zaman işçi heç bir halda oktyabr, noyabr və dekabr ayları üzrə müvafiq olaraq 176 saat, 152 saat və 175 saatdan çox olmamalıdır.
Sual yarana bilər ki, aylıq iş normasını işçi keçməyəcəksə, o zaman niyə qeydiyyat dövrü aylıq seçilir. Öncəki misallarda qeyd etdiyimiz kimi, mümkündür ki, işəgötürən cəlb etdiyi işçini gündəlik iş norması olan 8 saatdan çox işə cəlb etsin. Bu zaman gündəlik iş norması pozulduğu üçün iş vaxtının cəmlənmiş uçotu tətbiq edilir.
1024 səhifəlik "Əməyin uçotu: A-dan Z-yə" kitabının qiyməti 60 manatdır. Geniş və qısa mündəricatı təqdim edirik
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın