İşçinin məzuniyyətdən geri çağrılması zamanı hesablamalar necə həyata keçirilməlidir?
Satışı uğurla davam edən "Əməyin uçotu: A-dan Z-yə"(V nəşr) kitabından seçmə
İşçinin məzuniyyətdən geri çağırılması zamanı hesablamalara gəlincə isə, Əmək Məcəlləsinin 137-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
Maddənin tələblərinə əsasən məzuniyyətdən geri çağırılan işçinin məzuniyyət haqqının hesablanması ilə bağlı iki variant tətbiq edilir:
Birinci hal. Əmək məzuniyyətindən geri çağırılan işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənişsiz əlavə istirahət günləri (əvəzgün) əldə edir.
Mİsal.İşçi 1 fevral tarixdə 25 günlük əmək məzuniyyətinə çıxıb. İşəgötürənin qərarı ilə işçi 20 gündən sonra məzuniyyətdən geri çağrılıb. İşçi 21 fevral tarixdə işə çıxdığı üçün, artıq həmin gündən etibarən əməkhaqqı hesablanmasına başlanılır. İşçi və işəgötürənin razılığı ilə istifadə edilməmiş məzuniyyət günlərinə görə işçi növbəti aylarda ardıcıl və ya hissə -hissə 5 gün istirahət edəcək.
İkinci hal. İşəgötürən əmək məzuniyyətindən geri çağırdığı işçidən istifadə etmədiyi günlərə görə əvvəlcədən ödənilmiş məzuniyyət haqqını tutur.
Mİsal. İşçi 1 fevral tarixdə 20 günlük əmək məzuniyyətinə çıxıb. İşəgötürənin qərarı ilə işçi 13 gündən sonra məzuniyyətdən geri çağrılıb. İşçi 14 fevral tarixdə işə çıxdığı üçün, artıq həmin gündən etibarən ona əməkhaqqı hesablanılmasına başlanılıb.
Fərz edək ki, işçiyə hesablanan məzuniyyətin məbləği 500 manat olub. Deməli, məzuniyyət müddətində olan bir təqvim gününə görə məzuniyyət haqqı 25 manat (500 manat /20 gün) olub. İşçinin istifadə etdiyi 13 gün üçün məzuniyyət haqqı 325 manat (13 gün x 25 manat) təşkil edib. Bu halda istifadə edilməmiş 7 məzuniyyət gününə görə ödənilmiş məzuniyyət haqqı – 175 manat (7 gün x 25 manat) işçidən geri alınır və ya ayın sonu əməkhaqqıdan çıxılır. İşçinin istifadə etdiyi əmək məzuniyyəti isə 20 gün yox, 13 gün kimi nəzərə alınır. İşçi gələcəkdə qalıq məzuniyyət günlərindən istifadəni işəgötürənlə razılaşdırmaqla həyata keçirir. Qalıq günlərə görə məzuniyyət haqqı hesablanarkən həmin dövrün göstəriciləri nəzərə alınır.
Maddələrdən göründüyü kimi, məzuniyyətdən geriçağırılma halında istifadə edilməmiş günlərə görə işçiyə kompensasiya hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb. Təəssüf ki, bir çox təşkilatlarda məzuniyyətdən geriçağırılmanı bu cür rəsmiləşdirirlər ki, bu da qanuna ziddir.
1024 səhifəlik "Əməyin uçotu: A-dan Z-yə" kitabının qiyməti 60 manatdır. Geniş və qısa mündəricatı təqdim edirik
https://mks.az/upload_files/pdf/2026/12-genishmundericat2026.pdf
https://mks.az/upload_files/pdf/2026/0-On-Soz%2BMundericat%3DEU_2026.pdf
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın