ƏMAS-da yenilik: Kağız ezamiyyə vərəqələrinə son
Dövlət qurumu tərəfindən ƏMAS platformasında işəgötürənlərin işini asanlaşdıran növbəti yenilik istifadəyə verilib. Yeni funksionallıq sayəsində artıq işçinin ezamiyyə vəsiqəsini elektron formada hazırlamaq, elektron imza ilə təsdiqləmək və ezam olunan təşkilata göndərmək mümkündür.
Əvvəllər ezamiyyətlə bağlı sənədlərin müəyyən hissəsi kağız daşıyıcıda hazırlanırdı. Yeni imkan isə bu prosesi tam elektronlaşdıraraq sənəd dövriyyəsinin daha operativ və səmərəli təşkilinə şərait yaradır.
Ezamiyyə vəsiqəsi necə yaradılır?
Elektron ezamiyyə vəsiqəsini hazırlamaq üçün ilk olaraq ƏMAS platformasında "ƏMAS → Ezamiyyə vəsiqələri" bölməsinə daxil olmaq lazımdır.

Şəkil 1. ƏMAS platformasında "Ezamiyyə vəsiqələri" bölməsi
Bu bölmədə "Ezamiyyə vəsiqəsi yarat" altbölməsi seçildikdən sonra yeni ezamiyyə vəsiqəsinin yaradılması pəncərəsi açılır:

Şəkil 2. "Ezamiyyə vəsiqəsi yarat" bölməsi
Açılan pəncərədə ezamiyyə vəsiqəsinin hazırlanması üçün tələb olunan məlumatlar sistemə daxil edilir.

Şəkil 3. Ezamiyyə vəsiqəsinin yaradılması forması
Bu mərhələdə aşağıdakı məlumatlar qeyd olunur:
- ezam olunan işçi;
- ezamiyyətin başlanma və bitmə tarixləri;
- ezam olunacağı yaşayış məntəqəsi;
- qəbul edən təşkilat barədə məlumatlar.
Ezamiyyət bir neçə yaşayış məntəqəsini əhatə etdikdə, hər bir məntəqə sistemə ayrıca əlavə edilir. Bu zaman hər bir məntəqə üzrə ezamiyyət tarixlərinin düzgün ardıcıllıqla daxil edilməsi vacibdir.
Bütün məlumatlar daxil edildikdən sonra sistem elektron ezamiyyə vəsiqəsini avtomatik formalaşdırır və sənəd elektron imzalanması üçün təqdim olunur.
Yeni funksionallığın tətbiqi işəgötürənlər üçün bir sıra üstünlüklər yaradır:
- kağız formada ezamiyyə sənədlərinin hazırlanmasına ehtiyac azalır;
- sənədlərin hazırlanması, imzalanması və göndərilməsi prosesi sürətlənir;
- ezamiyyət məlumatları vahid elektron sistemdə saxlanılır;
- sənədlərin itirilməsi və ya arxivləşdirilməsi ilə bağlı risklər minimuma enir;
- işəgötürən və ezam olunan təşkilat arasında sənəd mübadiləsi daha operativ həyata keçirilir;
- elektron sənəd dövriyyəsi hesabına inzibati yük azalır.
ƏMAS platformasında tətbiq edilən bu yenilik əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində atılmış növbəti mühüm addımdır. Elektron ezamiyyə vəsiqəsinin hazırlanması və göndərilməsi işəgötürənlərin işini əhəmiyyətli dərəcədə sadələşdirəcək, sənəd dövriyyəsini sürətləndirəcək və kağız sənədlərdən istifadənin minimuma endirilməsinə imkan verəcək.
"Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) artıq satışdadır!
HR mütəxəssislərinin ən çox istinad etdiyi nəşrlərdən biri olan "Əməyin uçotu: A-dan Z-yə" kitabının V nəşri artıq hazırdır.
Yeni nəşrdə:
- 1024 səhifə aktual izah və praktik məlumat
- 1000-dən çox praktiki nümunə
- Əmək Məcəlləsinin aktual müddəalarının maddə və bəndlər üzrə izahı
- Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktik şərhi
Sifariş üçün: 055 368 12 72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın