Dövlət qurumundan xəbərdarlıq: 48 saat ərzində imzalanmayan əmək müqaviləsi ləğv olunacaq
Xəbər verdiyimiz kimi, hüquqi qüvvəyə minməyən əmək müqavilələri və əmək müqaviləsinə dəyişiklik sənədləri müəyyən edilmiş müddətdə imzalanmadıqda sistem tərəfindən avtomatik ləğv edilməsi dəyişikliyi ƏMAS Platformasında tətbiq edilib.
YENİ TƏLƏB! ƏMAS Platformasında bu halda hazırladığınız müqavilələr avtomatik LƏĞV EDİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanan məlumata əsasən, “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əmək müqavilələrinə edilən dəyişikliklərin elektron qaydada təsdiqlənməsi ilə bağlı yeni mexanizm tətbiq olunub.
Yeni qaydaya əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə edilən hər bir dəyişiklik 48 saat ərzində həm işəgötürən, həm də işçi tərəfindən elektron qaydada imzalanmalıdır.
Müəyyən edilmiş müddətdə tərəflərdən biri sənədi təsdiqləmədiyi halda, sistem dəyişiklik layihəsini avtomatik olaraq "Ləğv edilmiş əmək müqavilələri" bölməsinə yönləndirir. Bu halda dəyişiklik hüquqi qüvvəyə minmir və əmək müqaviləsində heç bir yenilənmə baş vermir.
Bu səbəbdən işəgötürənlərə və işçilərə ƏMAS üzərindən göndərilən əmək müqaviləsi dəyişikliklərini mütəmadi izləmələri və onları 48 saat ərzində elektron qaydada təsdiqləmələri tövsiyə olunur.Tətbiq edilən yeni mexanizm əmək münasibətlərinin elektron mühitdə daha operativ idarə olunmasına, sənədlərin rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsinə və imzalanma zamanı yarana biləcək gecikmələrin aradan qaldırılmasına xidmət edir.
"Əməyin uçotu: A-dan Z-yə" (V nəşr) artıq satışdadır!
HR mütəxəssislərinin ən çox istinad etdiyi nəşrlərdən biri olan "Əməyin uçotu: A-dan Z-yə" kitabının V nəşri artıq hazırdır.
Yeni nəşrdə:
- 1024 səhifə aktual izah və praktik məlumat
- 1000-dən çox praktiki nümunə
- Əmək Məcəlləsinin aktual müddəalarının maddə və bəndlər üzrə izahı
- Əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların geniş praktik şərhi
Sifariş üçün: 055 368 12 72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 055-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın