İşçi tam ayı işləmədikdə kompensasiya necə hesablanmalıdır?
Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də işçinin əmək müqaviləsinə qısa müddətdən sonra xitam verilməsidir.
Mİsal. İşçi 10 yanvar 2026-cı il tarixdə işə qəbul olunmuş, 25 fevral 2026-cı il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Orqanizmin funksiyasının pozulmasına görə əlilliyi müəyyən edilən işçinin əmək məzuniyyəti Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən 42 gün müəyyən edilib.
Bu halda işçinin tam iş ili üzrə deyil, faktiki işlədiyi müddət üzrə istifadə edilməmiş məzuniyyət günləri müəyyən edilməlidir.
İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması zamanı tənasübü aşağıdakı formada qururuq:
365 gün (iş ili üzrə təqvim günlərinin sayı) – 42 gün (əmək məzuniyyətinin müddəti)
47 gün (işçinin faktiki işlədiyi günlərin sayı) – X gün
X = (42 gün × 47 gün) / 365 gün = 5,41 gün
Beləliklə, işçinin faktiki işlədiyi müddət üzrə istifadə edilməmiş məzuniyyət hüququ 5,41 gün təşkil edir.
İşçinin işlədiyi dövr aylarla deyil, günlərlə müəyyən olunduğu halda, istifadə edilməmiş məzuniyyət günlərini müəyyən etmək üçün aylar üzrə deyil, təqvim günləri üzrə hesablamanın aparılması daha məqsədəuyğundur.
"Əmək Məcəlləsi 2026" kitabını sifariş üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla əlaqə saxlamaq lazımdır. Mündəricatla tanış olmaq üçün link: https://mks.az/upload_files/pdf/On_Soz_Emek_Mecellesi_2026.pdf
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın