70-ci maddənin “ç” bəndinin tətbiqi zamanı işçinin özünün əmək funksiyasını (müqavilə öhdəliklərini) yerinə yetirməməsi necə müəyyənləşdirilir?

70-ci maddənin “ç” bəndinin tətbiqi zamanı işçinin özünün əmək funksiyasını (müqavilə öhdəliklərini) yerinə yetirməməsi necə müəyyənləşdirilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (“ç” bəndi);
Fərdi əmək mübahisələrinin tənizmlənməsində ən çox istifadə olunan maddənin bu bəndində 3 konkret hal öz əksini tapıb:
 - işçinin özünün əmək funksiyasını (müqavilə öhdəliklərini) yerinə yetirməməsi;
Mİsal  1. İşəgötürən anbarda olan malların inventariziyası zamanı dövri olaraq kənarlaşmaların olması səbəbindən anbardar vəzifəsində çalışan işçinin əmək müqaviləsinə xitam verib.
Mİsal 2. İşəgötürən satış göstəricilərinin artmasından sonra sınaq müddəti təyin etməklə işə 5 yeni işçi qəbul edib. Əgər yeni işçilər sınaq müddətində əmək funksiyalarını və tapşırıqları vaxtında və keyfiyyətli icra etməsələr, onların əmək müqavilələrinə artıq bu maddə ilə yox, sınaq müddətində özünü doğrultmadığına görə xitam verilə bilər. 
İndi isə fərz edək ki, işə qəbul olunan 5 işçidən 3-ü sınaq müddətində özünü doğruldub. Müəyyən müddətdən sonra bir işçinin satış göstəriciləri işəgötürəni qane etmir. Bu halda işəgötürən işçini əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün işdən azad edə bilər? 
Fikrimizcə, işəgötürən müəyyən rəsmi prosedurlar apamadan, satış göstəricilərinin zəif olması səbəbindən işçini işdən azad edə bilməz. Mümkündür ki, işçinin əvvəlki dövrlərdə də satış göstəriciləri zəif olub, amma bununla bağlı hər hansı rəsmiləşdirmə aparılmadığından faktı sübut etmək mümkün deyil. 
Ümumiyyətlə, işə götürülən satış işçiləri üçün hədəflərin müəyyən olunması və işçilərin onunla tanış edilməsi məqsədəuyğundur. Təbii ki, hədəflərin müəyyən olunması da ədalətli olmalıdır. İşçi hədəfə çatmadığı halda, işəgötürən tərəfindən ona satış göstəricilərinin yaxşılaşdırılması haqqında xəbərdarlıq məktublarının verilməsi məqsədəuyğundur.
Əgər işçi işinin keyfiyyətini yüksəltməməklə yanaşı, üstəlik intizam xətasına da yol verərsə, ona intizam təhbehi elan oluna və daha sonra əmək müqaviləsinə xitam verilə bilər. İşəgötürən tərəfindən birbaşa əmək funksiyasının yerinə yetirmədiyi səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi gələcəkdə fərdi əmək mübahisələrinin yaranmasına səbəb olur ki, əksər hallarda da məhkəmə və DƏMX düzgün sənədləşmə olmadığından işçinin xeyrinə qərar çıxarır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər