İşəgötürən ƏMAS altsisteminə daxil olan “Göndərişlər”ə münasibət bildirməsə, inzibati cərimə tətbiq edilir?

İşəgötürən ƏMAS altsisteminə daxil olan “Göndərişlər”ə münasibət bildirməsə, inzibati cərimə tətbiq edilir?

Satışına START verilən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə  üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maraqlıdır ki, işəgötürən "Göndərişlər" bölməsi ilə bağlı hər hansı münasibət bildirməzsə, bu zaman İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsi tətbiq edilir? Qanunvericilik tələb edir ki, işəgötürən təsdiq və ya imtina qərarını bildirsin. “Məşğulluq haqqında” AR Qanununun 18.7-ci maddəsinə əsasən, işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. 
Göründüyü kimi, işəgötürən tərəfindən münasibətin bildirilməməsi İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsini tətbiqi üçün əsaslar yaradır.
Maddənin tətbiqi prosesinə gəlincə, dövlət qurumu tərəfindən işəgötürənə təqdim edilən göndərişlərin statusu elektron formada izləniləcək. Hazırda dövlət qurumu tərəfindən cərimə tətbiqinin təkmilləşdirilməsi (rəqəmsallaşdırılması) istiqamətində işlər getdiyi üçün İnzibati Xətalar Məcələsinin 540.3-cü maddəsi hələki tətbiq olunmur. Amma yaxın gələcəkdə cərimənin tətbiqi ilə bağlı prosesə start veriləcək. Ona görə də işəgötürənlər ƏMAS altsistemindəki göndərişlərlə bağlı diqqətli olmalıdırlar. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər