Cümə axşamı, 01 Dekabr 2022 06:03

ƏMAS-da bəzi istifadəçilər üçün bölmələr niyə fərqli açılır?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

ƏMAS-da sağ sütundakı və ya ana səhifədəki sürətli keçidlər üçün yaradılan bölmələrdən istifadə etmək mümkündür.
Bəzi həmkarlarımız bildirirlər ki, ƏMAS-a daxil olduqda fərqli bölmələr olan səhifə açılır. Misal üçün, “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsi ƏMAS-a daxil olan bütün istifadəçilər üçün aktiv olmur.

ƏMAS altsisteminə daxil olan şəxs işəgötürən və səlahiyyət verilən şəxs olduqda aşağıdakı fərqliliklər yaranır:
Şəkildən də göründüyü kimi ƏMAS altsisteminə daxil olan səlahiyyət verilən şəxsdirsə, o zaman sağ sütunda 6 bölmə yox, 4 bölmə görünəcək. Çünki səlahiyyət verilən şəxs ƏMAS altsistemində “İstifadəçi səlahiyyətləri” və “Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər” bölməsindən istifadə etmək hüququna malik deyil. Bu da onun işəgötürən olmamasından irəli gəlir.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın