Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi necə rəsmiləşdirilir?

  • Əsas səhifə
  • İnsan resursları
  • 0 Komment
  • 26 May 2023

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi necə rəsmiləşdirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Oxucularda sual doğura bilər ki, işçi birinci ərizə formasında həftəlik 35 saatlıq, ikinci ərizəsində isə daha az həftəlik 32 saatlıq qısaldılmış iş vaxtı istəyir, amma Əmək Məcəlləsində həftədə 36 saatlıq iş vaxtından söhbət gedir. Məcəllədə hamilə işçilər üçün qısaldılmış iş vaxtının həftə ərzində 36 saatdan çox olmaması (maksimum hədd) müəyyənləşdirlib. İşəgötürənin və işçi daha az müddətli həftəlik iş rejimi üçün razılaşa bilərlər. Ola da bilər ki, bu barədə kollektiv müqavilələrdə əlavə müddəalar nəzərdə tutulsun. Qanunvericilik bunu qadağan etmir.

İndi isə işçisinin ərizəsinə uyğun olaraq əmrin nüminəvi formasını təqdim edirik. Əmrin tərtibi zamanı nəzərə alın ki, qısaldılmış iş vaxtı ilə işləyən işçilər əmək haqqını əvvəlki qaydada, işlədikləri saatlara mütənasib şəkildə yox, tam məbləğdə almalıdırlar. Bu, qanunvericiliyin tələbidir. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtının əsas fərqlərindən biri də elə budur.

 

Blank “Alov” MMC

ƏMR

№________

 

Beyləqan şəhəri                                                           11 avqust 2019-cu il

Hamilə işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməsi haqqında

Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının

11 avqust 2019-cu il tarixli ərizəsinə əsasən onunla imzalanmış 13 iyun 2016-cı il tarixli və ___ №-li əmək müqaviləsinə 1 №-li Əlavə razılaşmaya uyğun olaraq

 ƏMR EDİRƏM:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinin tələblərinə uyğun olaraq 12 avqust 2019-cu il tarixindən başlayaraq Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının hamiləliyi müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) ona beş günlük iş həftəsi üzrə saat 10:00-dan 18:00-dək qısaldılmış gündəlik iş vaxtı təyin edilsin.

Baş mühasib Səlimova Sultanə Sahib qızı işçiyə normal iş vaxtı üçün müəyyən olunan əmək haqqının tam məbləğdə ödənilməsini təmin etsin.

Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

 

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

11 avqust 2019-cu il

 

__________ Əzimova Z.Q.

11 avqust 2019-cu il

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    27 Aprel 202611:29

    25 aprel 2026-cı il tarixli tematik təlimin iştirakçıları haqqında məlumat

    Populyar məqalələr

    06 Aprel 202622:52

    1 may tarixindən etibarən ƏMAS altsistemində sosial məzuniyyət rəsmiləşdirilmədikdə DSMF niyə ödəniş həyata keçirməyəcək?

    09 Aprel 202600:00

    Əlilliyi müəyyən edilən işçinin əmək müqaviləsinə xitam zamanı işəgötürən hansı əsaslandırmanı həyata keçirməlidir? (YENİ DƏYİŞİKLİK)

    08 Aprel 202601:29

    Vahid bəyannamədə 200 manatlıq güzəşt necə qeyd edilməlidir?

    10 Aprel 202611:31

    ƏMAS altsistemində YENİ MƏHDUDİYYƏT! Bu bildiriş formasını yükləmək artıq mümkün olmayacaq

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Təlimlər

    25 aprel 2026-cı il tarixli tematik təlimin iştirakçıları haqqında məlumat.

    • 27 Aprel 2026

    Məqalələr

    Fuad Heydərov “sonuncu əmək haqqı”nın müəyyən edilməsinə aydınlıq gətirdi (4-cü yazı).

    • 23 Aprel 2026

    Məqalələr

    "Atalıq”, təhsil və yaradıcılıq məzuniyyəti: Sonuncu əmək haqqı tətbiq olunacaq? – RƏSMİ CAVAB.

    • 22 Aprel 2026

    Məqalələr

    RƏSMİ MÖVQE: Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı əsas tələbi açıqladı.

    • 21 Aprel 2026

    Məqalələr

    DİQQƏT: Vahid bəyannamədə işçi üzrə məlumat qeyd edilsə də, kameral uyğunsuzluq məktub göndərilir.

    • 21 Aprel 2026

    Məqalələr

    ƏMAS altsistemində işçilərin təlimatlandırmasının qeydiyyatı ilə bağlı YENİLİK.

    • 21 Aprel 2026

    Məqalələr

    Vahid bəyannamədə həyatın yığım sığortası necə göstərilməlidir?.

    • 20 Aprel 2026

    Məqalələr

    İşçiyə ezamiyyə xərcləri ödənildikdə hansı məbləğdən aşağı ödənişə qanunvericilik icazə vermir?.

    • 17 Aprel 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya vahid bəyannamədə necə əks olunmalıdır? (Misalla izah).

    • 16 Aprel 2026

    Məqalələr

    ƏMAS platformasında proaktiv hesablama ilə əlaqədar məzuniyyət əmri üzrə YENİ TƏLƏB.

    • 16 Aprel 2026

    Məqalələr

    Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (MİSALLA İZAH).

    • 16 Aprel 2026

    Məqalələr

    Dövlət qurumundan ƏMAS platformasında işəgötürənlərə faydalı addım.

    • 15 Aprel 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur