Vergi ödəyicisi bir il amortizasiya normasını az tətbiq edərsə, növbəti il fərqi normanın üzərinə gələ bilər?

Vergi ödəyicisi bir il amortizasiya normasını az tətbiq edərsə, növbəti il fərqi normanın üzərinə gələ bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Əvvəlki sualların cavabında qeyd etdiyimiz kimi, vergi ödəyicisinin hüququ var ki, amortizasiya normasını Vergi Məcəlləsinin maksimum illik normasından aşağı dərəcə ilə hesablasın. Maraqlıdır ki, az hesablanan amortizasiya normaları hesabına növbəti ildə daha yüksək amortizasiya normaları tətbiq oluna bilər.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Mİsal. Vergi ödəyicisi 2019-cu ilin sonuna qalıq dəyəri 1 800 manat olan kompüter üçün Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən (illik amortizasiya normasının maksimum həddi 25 faizdir), 10 faiz norma ilə amortizasiya hesablayıb və yaranan amortizasiya məbləğini - 180 manatı (1 800 manat x 10 faiz) gəlirdən çıxılan xərclərə aid edib.

Misaldan göründüyü kimi, vergi ödəyicisi 270 manat amorizasiyanı gəlirdən çıxılan xərclərə aid etməyib.

Bu zaman vergi ödəyicisi Mənfəət vergisi bəyannaməsinin 249-cu “Vergi Məcəlləsinin 114.4-cü maddəsi ilə hesablanmış, lakin növbəti illərdə nəzərə alınacaq amortizasiya məbləği” sətrində 270 manatı mütləq qeyd etməlidir.

Həmçinin, əsas vəsaitin qalıq dəyəri də 1620 manat (1800 manat -180 manat) yox, 1350 manat (1800 manat – 450 manat) kimi qeyd edilməlidir. 

Vergi ödəyicisi növbəti ildə amortizasiya məbləğini 1350 manat hesablayır və ötən ildən qalan amortizasiya məbləğini də gəlirdən çıxılan xərclərə aid etmək hüququna malikdir.

Burada bir məqama diqqət yetirmək lazımdır ki, vergi ödəyicisi hər hansı kateqoriya üzrə yaranan fərqi məhz həmin kateqoriyaya aid edə bilər. Misal üçün, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə yaranan amortizasiya norması fərqi maşınlar və avadanlıq üzrə normanın üzərinə əlavə oluna bilməz.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 20 noyabr 2021-ci il, saat 11:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər