Çərşənbə, 06 İyul 2022 09:33

Fiziki şəxs özünə əmək haqqı hesablaya və sosial sığorta ödənişini gəlirdən çıxa bilər?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.

Sual olunur ki, fərdi sahibkarlıqla məşğul olan şəxslər özünə əmək haqqı hesablaya bilərmi? Sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özüylə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əmək haqqı da hesablanıla bilməz. O səbəbdən, fərdi sahibkar olan fiziki şəxsə əmək haqqı hesablanılması yanlışdır. Amma “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fərdi sahibkarın fəaliyyət növündən asılı olaraq minimum əmək haqqının müəyyən faizi həcmində aylıq məcburi dövlət sosial sığorta haqqı (sabit məbləğ) gəlirdən çıxılır.

Fərdi sahibkar müvafiq qaydada vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra yerdə qalan məbləği öz şəxsi məqsədləri üçün istifadə etmək hüququna malikdir.

Misal üçün, sadələşdirlmiş vergi ödəyicisi olan Kazımov Elçin vergi öhdəliklərini həyata keçirdikdən sonra, qalan 300 manatı fərdi istehlak nümunəsi kimi öz şəxsi maşınının təmirinə xərcləyib. Onun buna hüququ var. Lakin bu əməliyyat rəsmiləşdirilsə belə, gəlirdən çıxılan xərclərə aid edilmir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın