Cümə, 10 Avqust 2018 10:20

Nazirliyin iş təcrübəsi olmayan gənclərin işlə təminetmə proqramı: 5 VACİB sualın cavabı

Məlumat verdiyimiz kimi,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə  "Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” hazırlanaraq təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun pilot proqram barəsində mks.az saytına müsahibəsini təqdim edirik:

- Pilot layihə konkret hansı tarixdən fəaliyyətə başlayacaq? Saytımıza müraciət edən oxucular bildirirblər ki, onlara rayon məşğulluq idarələrində bu barədə məlumatsız olduqlarını, nazirlikdən hər hansı rəsmi qərar almadıqlarını deyiblər.
- “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə həyata keçiriləcək “Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmri ilə təsdiq edilib. Tədbirlərdə Pilot Proqramının startı ilə bağlı nazirliyin rəsmi internet səhifəsində elanların verilməsi, əhalinin mütəmadi olaraq məlumatlandırılması nəzərdə tutulub.
- Pilot layihənin gələcəkdə paytaxtdan kənarda, rayonlarda tətbiqi planlaşdırılırmı?
İlk olaraq Pilot Proqramın Bakı şəhərinin 12 rayonunu üzrə həyata keçirilməsi nəzərdə tutulur. Proqramın paytaxtdan kənarda, rayonlarda tətbiqi onun nəticəsindən asılıdır.

- Rəsmi məlumatda deyilir ki, işəgötürənlərin iştirakı ilə keçiriləcək ikinci müsahibədə 96 nəfərdən 48 nəfər seçilməklə Proqrama cəlb olunacaq. Bu prosesdə işəgötürənlər necə müəyyən olunacaq, məşğulluq idarələrində boş iş yeri olan müəssisələr prosesə cəlb olunacaq, yoxsa pilot layihə çərçivəsində konkret müəssisələr seçiləcək?
- Müsahibə iki mərhələdə aparılır.
Birinci mərhələdə müsahibəyə təqdim edilmiş 144 namizəd arasından Komissiya tərəfindən 96 namizəd seçilir. İkinci mərhələdə isə Komissiya tərəfindən seçilmiş iştirakçılar arasından Proqrama cəlb edilmiş işəgötürənlərin iştirakı ilə hər rayon üzrə 4 nəfər seçilərək (cəmi 48 nəfər) Pilot Proqrama cəlb olunacaq.
Son 1 ildə fəaliyyətdə olan və cari hesabat tarixinin əvvəlinə vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən) və müflis elan edilməsi barədə müraciəti olmayan, həmçinin Məşğulluq Mərkəzinə boş (vakant) iş yerləri haqqında məlumat vermiş işəgötürənlər seçilir.
- Əmək haqqı məbləğinin müəyyənləşdirilməsi mexanizmi barədə məlumat verməyinizi xahiş edirik. Məbləği işəgötürən müəyyən edəcək, yoxsa hər bir ixtisas, peşə üzrə konkret minimum tələb olacaq?
- İşə götürülən hər bir iştirakçının əmək haqqının 50%-i bu Proqram çərçivəsində 12 ay ərzində Beynəlxlaq Əmək Təşkilatı tərəfindən işəgötürənlərə ödənilir. Əmək haqqının digər hissəsi, əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir. Əmək haqqı maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin digər iş yerləri üzrə əməkhaqqının məbləğinin 10 faizdən çox fərqlənə bilməz.
- Layihədə iştirak etmək üçün namizədlər hara müraciət etməlidir? Ümumiyyətlə müraciətə ehtiyac varmı, yoxsa namizədlər işsiz kimi rəsmi qeydiyyata alınmış şəxslər arasından seçiləcək?
- İştirakçılar - ali, orta-ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrini bitirən və əmək bazarına daxil olmaqda çətinlik çəkən, Xidmətdə işaxtaran və ya işsiz kimi qeydiyyatda olan, Pilot Proqramda iştirak etmək məqsədilə ərizə-anket vasitəsilə müraciət etmiş 18-29 yaşlı namizədlər arasından seçilir.

Müəllif: Rəcəb İmanov

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın