ƏDV depozit hesabının yaranma səbəbi və zəif və üstün cəhətləri nədir?

ƏDV depozit hesabının yaranma səbəbi və zəif və üstün cəhətləri nədir?

Sual: ƏDV depozit hesabı hansı zərurətdən yarandı? Vergi ödəyicisi üçün ƏDV depozit hesabının hansı üstün və zəif cəhətləri var?
Cavab: ƏDV depozit hesabı haqqında Nazirlər Kabinetinin müvafiq qərarı var. Həmin qərarda bu depozit hesabının necə deyərlər, tərifi verilib. Qısaca belə demək olar ki, depozit hesabı ƏDV ilə bağlı məbləğlərin mədaxil və məxaric olması üçün nəzərdə tutulub. Həmin hesab müvafiq xəzinədarlıqda yaradılıb. Həmin hesabda hər bir ƏDV ödəyicisi üçün subhesab açılıb. ƏDV ödəyicisinə satılan mala, göstərilən xidmətə, görülən işə görə ödənilən ƏDV həmin hesaba köçürülür. ƏDV ödəyicisi bu hesabdan digər ƏDV ödəyicilərinə ƏDV ödəyir, büdcəyə, gömrük orqanlarına ödənişlər həyata keçirir. Belə bir hesabın

yaradılması çox yaxşı nəticə verdi. Əvvəllər ƏDV ilə bağlı yeyinti məqsədilə real olmayan əməliyyatlar aparılırdı. Yadınızdadırsa, bununla bağlı çoxlu cinayət işləri açılmışdı. Əvvəllər ƏDV məbləği birbaşa müəssisənin bank hesabına ödənilirdi. Bu zaman müəssisə həmin məbləği başqa istiqamətə yönəldə bilirdi.
Amma depozit hesabı yaradıldıqdan sonra ƏDV məbləği birbaşa depozit hesabına ödənildiyindən onu başqa istiqamətlərə yönəltmək mümkün olmur. Müəssisə lazım olanda həmin məbləğdən digər ƏDV ödəyicisinin bank hesabına yox, yalnız depozit hesabına ödəyə bilər.
Ancaq depozit hesabının üstün cəhətləri kimi zəif yerləri də var. Ən əsas zəif cəhət odur ki,  müəssisələr depozit hesabında olan vəsaitlərinə tamlıqla sərəncam verə bilmirlər. Bu da onların vəsaitlərinin başqa şəxslər tərəfindən idarə olunması kimi qəbul olunur.



 

 “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

--------------------------------------------------------------------------------------------------------------------

0 Komment

    Şərh yazın

    Xəbərlər