Çərşənbə, 18 Dekabr 2019 07:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 yanvar seminarına xüsusi mütəxəssis ayırdı

Mks.az saytının təşkilatçılığı ilə 11 yanvar 2020-ci ildə keçirilməsi planlaşdırılan ödənişsiz seminarda iştirakla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətimiz müsbət cavablandırılıb. Seminarda nazirliyi Əmək siyasəti şöbəsinin rəhbərliyi təmsil edəcək.

Mks.az saytının rəhbərliyi kadrlar üzrə mütəxəssislərin və mühasiblərin maarifləndirilməsi işinə verdiyi böyük dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə minnətdarlığını bildiririk.
Qeyd edək ki, seminarda nazirliyin mütəxəssisləri ilə yanaşı, mks.az saytının ekspertləri də təlimçi qismində iştirak edəcək.
Seminarın təşkilində məqsəd kadrlar üzrə mütəxəssislərin və mühasiblərin əmək qanunvericiliyində rastlaşdıqları mürəkkəb məsələlərə aydınlıq gətirməkdir.
Seminarda şərh olunacaq mövzular (boş ştat yerinin yaradılması, əmək müqaviləsinə xitamın əsasları, məzuniyyət zamanı əmsallaşdırma, iş vaxtının cəmlənmiş uçotu, müavinət hesablanmasında fərqli gəlirlərin nəzərə alınması və s.) həmkarlarımızın cavab almaq məqsədilə saytımıza ünvanladıqları suallar əsasında müəyyənləşdirlib.
Xatırladırıq ki, mks.az saytı əmək, vergi və mühasibat uçotu ilə bağlı ödənişsiz seminarları mütəmadi təşkil etmək niyyətindədir. Sonuncu belə tədbir 23 noyabr 2019-cu ildə Vergilər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə "2020-ci ilin Vergi Məcəlləsini birlikdə öyrənək" məlumatlandırma sessiyası olub.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

6 şərhlər

  • Şərh bağlantısı Ali Cümə, 27 Dekabr 2019 17:22 tərəfindən təqdim olunub Ali

    +

  • Şərh bağlantısı Gulnar Cümə, 20 Dekabr 2019 08:46 tərəfindən təqdim olunub Gulnar

    Salam, 11 yanvarda kecirilecek seminarda men de ishtirak etmek isteyirem, xahish edirem mene komek edin, qeydiyyatdan nece kecmeliyem?

  • Şərh bağlantısı Təranə Cümə, 20 Dekabr 2019 04:34 tərəfindən təqdim olunub Təranə

    salam ! Mən bu seminarda iştirak etmək istərdim. Zəhmət olmasa hara müraciət edəcəyim barədə məlumat verərdiniz.
    Əvvəlcədən minnətdarlığımı bildirirəm.

  • Şərh bağlantısı Zərifə Cümə axşamı, 19 Dekabr 2019 20:18 tərəfindən təqdim olunub Zərifə

    Salam qeydiyyatdan kecdim iştirak üşün sizdən cavab almadım

  • Şərh bağlantısı Tarana Mammadova Çərşənbə, 18 Dekabr 2019 09:56 tərəfindən təqdim olunub Tarana Mammadova

    seminarda ishtirak etmek isterdim

  • Şərh bağlantısı Nuranə Çərşənbə, 18 Dekabr 2019 08:25 tərəfindən təqdim olunub Nuranə

    Iştirak etmək istərdim

Şərh yazın