RƏSMİ SİYAHI: Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət
Dəyərli həmkarlar, Sizin şirkətiniz TOP 100-lük siyahıda yer alıb?
Növbəti tematik təlim 11 aprel 2026-cı il tarixdə saat 10:00-da "Məzuniyyətin uçotu və inzibati cərimələr" mövzusunda həyata keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) və mksacademy2022@gmail.com email adresslə əlaqə saxlamaq lazımdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə açıqlanmasına razılıq verən vergi ödəyicilərinin siyahısı hazırlanmışdır. Eyni zamanda, 2025-ci il üzrə dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanmış vergilərin məbləğinə görə ən yüksək göstəriciyə malik və məlumatlarının açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısı da təqdim edilmişdir. Qeyd edək ki, siyahı hazırlanarkən büdcə təşkilatları nəzərə alınmamışdır.
Bu təşəbbüs vergi ödəyiciləri arasında şəffaflığın artırılması, könüllü əməletmə mədəniyyətinin təşviqi, eləcə də iqtisadi fəaliyyətin leqallaşdırılması və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Vergi Xidməti vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir və bu kimi təşəbbüslərin biznes mühitində şəffaflığın gücləndirilməsinə töhfə verdiyini vurğulayır.
2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 10 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla)
Sıra Vergi ödəyicisinin adı Vergilər üzrə daxilolma məbləği (milyon manatla)
1. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ "AZNEFT" İSTEHSALAT BİRLİYİ 1.508,0
2. "TABATERRA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 697,0
3. BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ 662,7
4. "LUKOYL OVERSİZ ŞAH DƏNİZ LTD." ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİ 435,2
5. TÜRKİYƏ RESPUBLİKASININ "TURKİSH PETROLEUM OVERSEAS COMPANY LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ 429,9
6. "SAUF KOKAZUS PAYPLAYN KOMPANİ LİMİTED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ 327,4
7. "NAFTIRAN INTERTRADE CO.(NICO) LIMITED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ 211,7
8. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN QAZ İXRAC İDARƏSİ 200,9
9. BP EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ 164,5
10. "AZƏRBAYCAN (EYSC) LİMİTİD" ŞİRKƏTİNİN NÜMAYƏNDƏLİYİ 148,9
Siyahı üzrə TOP 100-lüyü yükləyin
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın