Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI)

Əmək haqqı üzrə gəir vergisi üzrə hesablanmanın yeni qaydası müəyyən olundu (LAYIHƏ FORMASI)

25 oktyabr 2025-ci il (şənbə) tarixdə saat 14:00- 17:00 -da ƏYANi formada növbəti tematik təlimimiz həyata keçiriləcək. 3 fərqli (ƏMAS altsistemi, e-gov.az və isb.az portalı) mövzuların əmək qanunvericiliyi və inzibati cərimələrin təlbələri gözlənilməklə eyni təlimdə keçirilməsi nəzərdə tutan tematik təlimin həyata keçirilməsi planlaşdırılır. 

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;

Gəlir vergisi: 30 ₼

DSMF ayırmaları: 86,00 ₼

İşsizlikdən sığorta haqqı: 5,00 ₼

İcbari tibbi sığorta: 20,00 ₼

Tam əməkhaqqı: 859 ₼

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər