YENİ DƏYİŞİKLİK! Fəaliyyətin müvvəqəti dayandırılması halında bəyannamənin təqdim edilməsi necə tənzimlənir?

YENİ DƏYİŞİKLİK! Fəaliyyətin müvvəqəti dayandırılması halında bəyannamənin təqdim edilməsi necə tənzimlənir?

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Son dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 149.3-cü maddəsinin birinci hissəsinə əlavə edilən cümləyə əsasən, vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə, bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir.
Misal.  Vergi ödəyicisi 15 mart 2024-cü ilə tarixdə vergi orqanına 1 aprel 2024-cü il tarixdən fəaliyyətini müvəqqəti dayandırması haqqında arayış forması təqdim edib. Bu zaman vergi ödəyicisi 30 gün müddətində vergi orqanına bəyannamə təqdim etməlidir. Vergi ödəyicisi 15 sentyabr 2024-cü il tarixdə fəaliyyətini bərpa etdiyi halda bəyannaməni hansı müddətdə təqdim etməsi və ya ümumiyyətlə bəyan edib-etməməsi haqqında vergi qanunvericiliyində konkret maddə yox idi. Son dəyişiklikdən sonra, vergi ödəyicisinin 31 mart 2025-ci il tarixə kimi vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməsi Vergi Məcəlləsinin 149.3-cü maddəsində təsbit edilib. Vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etdiyi üçün dövr 1 yanvar- 31 dekabr 2024-cü il kimi nəzərə alınmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər