Teymur İslamlının təqdimatında: Mikro sahibkarlıq subyektinin 75 faiz güzəştinin tətbiqi ilə bağlı dəyişiklikdə VACİB MƏQAMLAR

Teymur İslamlının təqdimatında: Mikro sahibkarlıq subyektinin 75 faiz güzəştinin tətbiqi ilə bağlı dəyişiklikdə VACİB MƏQAMLAR

Tanınmış vergi mütəxəssisi Teymur İslamlı Vergi Məcəlləsində 1 yanvar 2024-cü il tarixdən mikro sahibkarlıq subyektlərinin 75 faizlik güzəşti ilə bağlı edilən dəyişikliklərlə bağlı bəzi məqamlara aydınlıq gətirib. Teymur müəllim statusunda qeyd edib ki, mikro sahibkarlıq subyektlərinə 75 faiz vergi güzəştinin tətbiqi ilə bağlı ünvanlanan sualları ümumiləşdirərək aşağıdakı məqamları bildirmək istəyir:
- Mikro sahibkar dedikdə il ərzində gəliri 200 min manatdan və orta aylıq işçi sayı 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur;
- Dəyişikliyə qədər gəlir və xərclərinin uçotunu aparan bütün mikro sahibkarlıq subyektləri 75 faiz güzəştdən istifadə edə bilərdilər. Məsələn, mikro sahibkar Məmmədovun 2023-cü ildə gəliri 15.000 manat, xərcləri isə 5.000 manat olmuşdur. Məmmədovun vergiyə cəlb olunan gəliri 15.000 - 5.000 = 10.000, güzəşt nəzərə alınmaqla gəlir vergisi (10.000 - 10.000x75%)x20% = 2500x20%=500 manat təşkil edəcək, yəni vergiyə cəlb edilən gəlirin 5 faizi miqdarında olurdu.  2024-cü ildə Məmmədovun orta aylıq işçi sayı (il ərzində aylar üzrə işçi sayının 12-yə bölünməsi nəticəsində alınan say) 3 nəfərdən az olarsa yuxarıdakı misal üzrə onun vergiyə cəlb olunan gəliri 10.000 manat olsa da, gəlir vergisi 10.000 x20% = 2 000 manat olacaq;
- Fiziki şəxs özü 3 nəfər işçi sayına daxil deyil, özündən əlavə 3 nəfər işçisi olduqda güzəşt hüququ yaranır;
- Hüquqi şəxsin direktoru da işçi hesab olunduğundan, direktordan əlavə 2 nəfər işçi olduqda güzəştdən istifadə hüququ yaranır;
- Dəyişiklik yalnız gəlir və mənfəət vergisi ödəyicilərinə təsir edə bilər, sadələşdirilmiş verginin ödəyicilərinə aid deyil;
- Dəyişiklik daha çox fərdi qaydada və ya işçi sayları 3 nəfərdən az olmaqla korporativ (vergi ödəyicilərinə) şəkildə xidmət göstərən şəxslər, "freelancer"lər (IT mütəxəssisləri, dizaynerlər, sərbəst mühasiblər, məsləhət xidməti göstərənlər və s.), yeməklərin çatdırılması şirkətlərinə xidmət göstərən kuryerlər və digər bu qəbildən olan şəxslərə təsir göstərəcək;
- 75 faiz güzəştdən istifadə hüququ 3 nəfər işçi sayı ilə bərabər, həm də məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması ilə də şərtlənir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər