İpoteka kreditini tam bağladıqdan sonra ƏDV-ni geri almaq olar?

İpoteka kreditini tam bağladıqdan sonra ƏDV-ni geri almaq olar?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: 2015-ci ildə bankın verdiyi kreditlə mənzil götürmüşəm və həmin mənzil üçün ödədiyim ipoteka kreditini bağlamağa iki il qalıb. Bu mənzil üçün ƏDV-ni geri almaq mümkündürmü?

Cavab: Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın