Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

ƏDV qeydiyyatı üçün ərizənin təqdim olunması necə həyata keçirilir?

  • Əsas səhifə
  • Vergi işi
  • 0 Komment
  • 01 İyun 2023

ƏDV qeydiyyatı üçün ərizənin təqdim olunması necə həyata keçirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Məlumat verdiyimiz ki, ƏDV qeydiyyatının iki forması var: məcburi və könüllü qeydiyyat. Hər iki qeydiyyat üzrə vergi ödəyicisi ərizə ilə vergi orqanına müraciət etməlidir.

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə olunan əlavəyə əsasən, bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Misal 1. Vergi ödəyicisi bina tikintisi fəaliyyəti ilə məşğul olacağından vergi orqanına uçota alınmaq üçün ərizə verir.

Bu halda vergi ödəyicisi kimi uçota alınması ilə birlikdə ƏDV qeydiyyatına alınması barədə də ərizə verməlidir.

Misal 2. Pərakəndə satış fəaliyyəti keçirən və ƏDV ödəyici olmayan şəxs qərar verir ki, 1 aprel 2022-ci ildən etibarən bina tikintisi ilə məşğul olsun.

Bu halda vergi ödəyicisi bina tikintisi fəaliyətini həyata keçirmək üçün ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etməlidir.

Qeyd edilən halla bağlı analoji dəyişiklik Vergi Məcəlləsinin 157-ci (Qeydiyyat) maddəsində də olunub. Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əlavə edilən yeni abzasa əsasən, bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə ƏDV qeydiyyatı hansı tarixin əvvəl başlanmasından asılı olaraq qüvvəyə minir.

Digər hal isə, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manatdan artıq olduqda və ya bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200 000 manatdan artıq olduqda baş verir.

ƏDV qeydiyyatı ilə bağlı müddətlər də müəyyən olunub.

Misal. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan “A” MMC-nin 2020-ci ilin sentyabr ayında ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçir.

Bu halda 1 oktyabrdan başlayaraq 10 gün müddətində ƏDV qeydiyyatı üçün müraciət olunmalıdır. Artıq oktyabr ayından etibarən mallara ƏDV hesablanacaq.

Qeyd edək ki, vergi orqanlarında olan “AVİS” proqramında ardıcıl 12 aylıq dövriyyə proqram tapşırıqları vasitəsilə nəzarətdə saxlanılır.

İndi də bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyərinin 200.000 manatdan artıq olduğu halda vergi ödəyicisinin ərizə ilə müraciət tarixinə diqqət yetirək.

Misal. “A” MMC 2020-ci ilin may ayında “S” MMC ilə müqavilə imzalayır. Müqaviləyə uyğun olaraq “A” MMC 250 000 manatlıq malların “S” MMC-yə satışını həyata keçirəcək.

Həmçinin, müqavilədə qeyd olunub ki, malların təqdim olunması iyun ayında reallaşdırılsın.

Bu halda Vergi Məcəlləsinin tələbi odur ki, “A” MMC həmin əməliyyatın həyata keçiriləcəyi günədək ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün vergi orqanlarına ərizə ilə müraciət etsin. Tutaq ki, mallar iyunun 20-si təqdim olunacaq, həmin tarixdə artıq “A” MMC ƏDV ödəyicisi kimi vergi orqanında qeydiyyatda olmalıdır.


Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    11 Sentyabr 202609:44

    Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH)

    10 Sentyabr 202609:45

    Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?

    09 Sentyabr 202611:42

    İş vaxtının cəmlənmiş uçotunda bayramdan öncəki gün iş vaxtı bir saat azaldılmalıdır?

    Populyar məqalələr

    14 Avqust 202616:17

    HR-lar üçün ƏLA YENİLİK! Müddətli əmək müqaviləsi olan işçilərin iş yerinə dair arayış problemi həll olunacaq?

    04 Sentyabr 202610:32

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

    02 Sentyabr 202610:45

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

    04 Sentyabr 202614:52

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH).

    • 11 Sentyabr 2026

    Məqalələr

    Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?.

    • 10 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda bayramdan öncəki gün iş vaxtı bir saat azaldılmalıdır?.

    • 09 Sentyabr 2026

    Sosial

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb.

    • 09 Sentyabr 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 08 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda üçüncü tələb olan istirahət günləri necə tənzimlənir?.

    • 07 Sentyabr 2026

    Məqalələr

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi.

    • 04 Sentyabr 2026

    Sosial

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar.

    • 04 Sentyabr 2026

    Vergi işi

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək.

    • 04 Sentyabr 2026

    Məqalələr

    10 ilə yaxın çalışan işçi 2 gün işə gəlmədiyi üçün əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək olar? (Ali Məhkəmə təcrübəsi).

    • 04 Sentyabr 2026

    Məqalələr

    İşçiyə məcburi olaraq işdənçıxma ərizəsi yazdırmaq ehtimalı məhkəmədə necə araşdırılır? (Ali Məhkəmə təcrübəsi).

    • 02 Sentyabr 2026

    Məqalələr

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik.

    • 02 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur