DVX rəisi Orxan Nəzərli: "Rəqəmsal həllərə söykənən bu dəyişiklik vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq"

DVX rəisi Orxan Nəzərli: "Rəqəmsal həllərə söykənən bu dəyişiklik vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq"

"Vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi  hazırlanır"

Hazırda İnternet Vergi İdarəsinin yeni e-portal layihəsi üzərində işlər davam edir. Bu portal müasir standartlara cavab verən, vergi ödəyicisi üçün daha sadə, əlçatan yeni elektron kabinetin (internet portalının) yaradılmasını nəzərdə tutur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərlinin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində bildirilir.

Xidmət rəisi layihə çərçivəsində bəzi yeni xidmətlərin tətbiqinin planlaşdırıldığını qeyd edərək, bunun vergi ödəyiciləri üçün böyük fayda gətirəcəyini və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini vurğulayıb.

“Eyni zamanda vergi ödəyiciləri üçün elektron kabinetin mobil tətbiqi üzərində də iş aparılır. Bu, vergi ödəyicilərinin bir sıra əməliyyatlarının mobil tətbiq üzərindən sadə şəkildə icrasının təmin edilməsinə, İnternet Vergi İdarəsinin imkanlarından daha rahat istifadəyə nail olunmasına, vergi, sosial sığorta və icbari tibbi sığorta ilə bağlı öhdəliklərin vaxtında icrasına imkan verəcək”, - O.Nəzərli əlavə edib.

Bununla yanaşı, DVX rəisi hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlərin görüldüyünü bildirib.

“Bu sırada yeni elektron xidmətlər vasitəsilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yanaşmaları, habelə inzibati şikayətlər üzrə formalaşmış təcrübədən irəli gələn rəsmi mövqeləri əks etdirən resurs istifadəyə veriləcək. Beləliklə, rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq”, - O.Nəzərli qeyd edib.

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın