Kimlər mütləq ƏDV ödəyicisi olmalıdır?

Kimlər mütləq ƏDV ödəyicisi olmalıdır?

"VERGİ UÇOTU: A-dan Z-yə" kitabından seçmə

Vergi qanunvericiliyinə əsasən, vergi ödəyicilərinə münasibətdə ƏDV qeydiyyatının məcburi və könüllü olmasını şərtləndirən amillər aşağıdakı məlumatlarda şərh olunub:
MƏCBURİ QEYDİYYAT ÜZRƏ

1) Aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları
İzah: Dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri ƏDV ödəyiciləridir.

2) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər
İzah: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ya sadələşdirilmiş, ya da əDV vergi ödəyicisi olmaq hüququnu seçməlidir. Əgər vergi ödəyicisi sadələşdirilmiş hüququ seçməyibsə, o zaman mütləq əDV ödəyicisi olacaq. Bir daha qeyd edirik ki, bu hal sırf bina tikintisi fəaliyyəti ilə məşğul olanlara aiddir.
3) Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər
İzah: Aşağıdakı vergi ödəyiciləri istisna olmaqla ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatı üçün ərizə verməlidir:
- İctimai işaə müəssisələri;
- Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi
ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;
- Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin Vergi Məcəlləsinin
102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər.
KÖNÜLLÜ QEYDİYAT ÜZRƏ
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000
manatdan az olan şəxslər
İzah: ƏDV uçotu ilə bağlı məcburi qeydiyyat halları və məcburi sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər