Cümə axşamı, 05 Aprel 2018 14:32

1-ci rüb üzrə İŞSİZLİKDƏN Sığorta Fonduna daxil olma məbləğini açıqlandı

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı bildirib ki, özünüməşğulluq proqramının icrası işlərinin işsizlikdən sığorta fonduna

toplanan vəsaitlər hesabına həyata keçiriləcək: “İlkin məlumatlara görə, cari ilin ilk üç ayı ərzində işsizlikdən sığorta fonduna daxil olan işsizlikdən sığorta vəsaitlərinin məbləği təqribən 12 milyon manatdan çoxdur. Sonrakı aylar üzrə işsizlikdən sığorta fonduna daxilolmaların tədricən artacağı da gözlənilir. Ümumilikdə daxilolmaların səviyyəsi demək olar ki, bizim proqnozlarımıza uyğundur”.

 

Şərh yazın