Cümə, 30 Mart 2018 07:22

Prezident "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
Dəyişiklik aşağıdakı şəkildə olub:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində “yaşa görə əmək pensiyasının baza hissəsinin” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin” sözləri ilə əvəz edilsin.


Mks.az saytının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna olan dəyişikliklə bağlı izahı

İlk öncə dəyişiklikliyin istinad verdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsini nəzərdən keçirək:

M a d d ə 6-1. Əmək pensiyasının minimum məbləği

M a d d ə 6-1. Əmək pensiyasının minimum məbləği Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.

İndi isə dəyişiklik olunan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinin ilk iki cümləsini diqqətdən keçirək:

Maddə 6. Sosial sığorta üzrə ödəmələrin növləri

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.

Beləliklə, dəyişiklikdən sonra Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinətin maksimal məbləği yaşa görə əmək pensiyasının baza hissəsi yox Əmək pensiyasının minimum məbləği olan 110 manatın 25 mislindən yəni 2750 manatdan çox ola bilməz.

-----------------------------------------------------------------------------------------------------------------------------

"Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA!!!

Mühasib və HR-ların stolüstü kitabını sifariş edə bilərsiniz

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.
Nəşrə 3 yeni fəsil əlavə olunub. Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Bundan əlavə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməkhaqqı ödənişlərindəki məcburi dəyişikliklər misallar üzərində nəzərdən keçirilərək sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri üçün açıqlama və izahlar təqdim olunub. İşsizlikdən sığortanın tətbiqi, bu sahədə diqqətə alınmalı tələblər, sığorta haqqının hesablanılması və ödənilməsi ilə bağlı təqdim olunan misallar və açıqlamalar kitabın ayrıca bir fəsilində yerləşdirilib.
Kitabın əməkhaqqı, məzuniyyətlər, əmək müqavilələri, sosial ödənişlər, müavinətlər və digər aktual məsələlərlə bağlı ənənəvi fəsilləri yenidən işlənilib, nümunə və misalların hər biri nəzərdən keçirilərək yeni tələblərə uyğunlaşdırılıb.
Kitaba sifarişlərin qəbulu (012) 564 86 85 və (050) 368 12 72 saylı telefonlar və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email vasitəsiylə aparılır.
İstənilən regiona çatdırılma ödənişsiz olaraq həyata keçirilir. Daimi müştərilər üçün xüsusi təklif nəzərdə tutulub.

Şərh yazın