Amerikada olmaq istəyənlər üçün ŞAD XƏBƏR!

Amerikada olmaq istəyənlər üçün ŞAD XƏBƏR!

 

Bu gün Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə olaraq Bakı-Vaşinqton marşrutu ilə birbaşa kommersiya aviareysi yerinə yetirilib.Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, bu gün saat 11:30-da AZAL-a məxsus «Boeing-767» tipli avialayner Heydər Əliyev Beynəlxalq Aeroportundan Vaşinqton istiqamətində havaya qalxıb və artıq 10 saatdan sonra təyyarə Vaşinqtonun Dalles adına hava limanında enəcək: «Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə yerinə yetirilən Bakı-Vaşinqton aviareysi Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında həyata keçirilir. Belə ki, 38 nəfər azərbaycanlı iş adamları sözügedən aviareyslə Vaşinqtona yola düşüb». M.Səfərli onu da bildirib ki, əks istiqamətdə, yəni Vaşinqton-Bakı aviareysi aprelin 29-da yerinə yetiriləcək və həmin gün saat 07:30-da təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Qeyd edək ki, AZAL «Boeing-767» tipli avialayneri 2011-ci ilin iyunun 2-də alıb. Bu tipli avialaynerin daha birini AZAL bu il ərzində alacaq. 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər