Prezidentin sərəncamı ilə Vergilər Nazirliyinin əməkdaşlarına rütbə verildi və təltif olundular

Prezidentin sərəncamı ilə Vergilər Nazirliyinin əməkdaşlarına rütbə verildi və təltif olundular

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncamı imzalayıb. Sərəncama əsasən, Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib:
Əsədov Asəf Əli oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Fətizadə Zaur İntiqam oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi;
Qəmbərov Fəxrədin Siyaş oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri;
Məmmədov Habil Amil oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi;
Rəfiyev Mahir Əhmədağa oğlu - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Qoca oğlu Məmmədova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında vergi sisteminin inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib:
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə
Mahmudov Əli Muxtər oğlu
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə
Bayramov Yusif Şahı oğlu
Əliyev Şirzad Salman oğlu
Həsənov Telman Kərim oğlu
İbadov Məhəmməd Əli oğlu
Qasımov Zakir Cavad oğlu
Ömərov Zöhrab Qurban oğlu
“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə
Eyyubov Şahin İslam oğlu
Hacınəbiyev Nazim Nəbi oğlu
Quliyeva Almaz Barat qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Babayev Rəşad Tahir oğlu
Məmişov Kamran Kamal oğlu
Məmmədov Zakir Yunus oğlu
Musayeva Samirə Fəxrəddin qızı
Namazov Mahəddin Vahid oğlu
Seyidəhmədli Samir Əhməd oğlu

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər