Sizcə Mühasiblər gününə ehtiyac varmı və hansı tarixi təklif edirsiniz?

Sizcə Mühasiblər gününə ehtiyac varmı və hansı tarixi təklif edirsiniz?

Oxucumuz Şəhla İsgəndərova maraqlı təklif çıxış edib. Şəhla xanım yazır ki, bir çox peşə sahibləri (müəllimlər, həkimlər, vergi işçiləri, neftçilər, polislər və s.) ildə bir dəfə peşə bayramlarını qeyd etsələr də, mühasiblər hələ ki bu imkandan məhrumdurlar. Oxucumuzun fikrincə, mühasiblərin də belə bir günə ehtiyacları var.

Monitor Konsaltinq jurnalı Şəhla xanımın təklifini alqışlayır və bu mövzuda müzakirə açmağı düşünür. Jurnal bu əlamətdar gün üçün “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının qanununun ilk (24 mart 1995-ci il) və son (07 fevral 2005-ci il) qüvvəyə minmə tarixilərini məsləhət görür.

Məsələnin təşəbbüskarı olan Şəhla İsgəndərova isə 01 aprel tarixini təklif edir. Onun fikrincə, 31 mart tarixində illik hesabatların təqdimi sona catdığından 1 aprel uğurlu tarixdir.

Təbii ki, oxucularımızın tarixlə bağlı fikrinə və dəstəyinə ehtiyacımız var.

Sizcə Mühasiblər gününə ehtiyac varmı? Əgər varsa hansı günü məsləhət görərdiniz?

Təkliflərinizi saytimızda, FB-da səhifəmizdə və [email protected] email adressinə göndərməklə bildirə bilərsiniz. Təkliflər "Monitor Konsaltinq" jurnalda dərc olunacaq. Bundan əlavə Mühasibat günü  bağlı təklifləri ümümiləşdirilərək dövlət qurumlarına göndəriləcək.

0 Komment

    Şərh yazın

    Xəbərlər