Tibbi arayış təqdim etdikdə, müavinət hesablanmalıdır?

Tibbi arayış təqdim etdikdə, müavinət hesablanmalıdır?

Saytımızın eksperti Altay Cəfərov bu maraqlı sualı cavablandırıb
 
Sual: Salam, bilmək istəyirəm ki, bülettenə çıxanda əmək stajıma görə mənə maaşın müəyyən faizi ödənilir. Ancaq tibbi arayışa görə heç bir maaş hesablanmır və heç bir ödəniş edilmir. Bu, doğrudur?
Elçin Şəkərov
Cavab: Bu haqda "Əmək Münasibətləri: A-dan Z-yə" kitabında və əvvəlki buraxılışlarımızda məlumat vermişik. Bildirim ki, Nazirlər Kabinetinin qərarına əsasən, əmək qabiliyyətinin itirilməsinə görə müavinət (sizin qeyd etdiyiniz bülleten pulu) ancaq xəstəlik vərəqəsinə görə verilir. Xəstəlik vərəqəsi də ciddi hesabat sənədidir. Tibbi arayışa görə isə heç bir ödəniş aparılmır. Sizin qeyd etdiyiniz kimi bülleten əsasında müavinət ödənilir

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər