Cümə axşamı, 08 Fevral 2018 08:56

Əyanı təhsil alanlar paralel olaraq işlədikdə, təhsil məzuniyyət hesablanır?

Təhsil məzuniyyəti ilə bağlı aktual sualın cavabı
 
Sual: Salam. Mən cəmi bir aydır ki,  dövlət müəssisəsində işləyirəm. Eyni zamanda 1 kursda əyani magistr təhsili alıram. Bilmək istərdim ki, imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq mənə təhsil məzuniyyəti düşürmü, və bu məzuniyyət müddəti mən əməkhaqqı almalıyammı?  Əvvəlcədən təşəkkür edirəm.
Ceyran
 
Cavab: Sualınızın cavabı Əmək Məcəlləsinin 124-cü maddəsindədir. Həmin maddənın uyğun hissəsinə nəzər salaq.
Maddə 124. Təhsil məzuniyyətlərinin müddətləri
1. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir.  

Maddədən də tam aydın olur ki, ali təhsil alan tələbələrdən ancaq qiyabi təhsil alanlara təhsil məzuniyyəti verilir. Əyani təhsil alan tələbələr hər hansı bir formada işləyəndə onlara təhsil məzuniyyəti verilmir.
 
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda   
 
Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.   
Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.       
Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. 
Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 
 

Şərh yazın