“ARSENAL GROUP” namizədləri “Maliyyə Meneceri” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Vəzifə və öhdəliklər:
• Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
• Həvalə edilmiş departamentin məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
• Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
• Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
• Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
• Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
• Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
• Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
• Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
• Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
• Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması,qiymətli kağız portfelinin idarə olunması
• Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
• Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
• Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi
• Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
• Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması
• Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
• Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələr
Namizədə tələblər:
• Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
• Maliyyə nəzarətin prinsiplərini bilməli
• Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
• Vergi qoymanın prinsip və metodlarını bilməli
• Vergi və rüsumların ödəmə üsullarını bilməli
• Vergi sistemini bilməli
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi
• Müvafiq sahədə ən azı 3 il təcrübə;
• Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
• Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
• Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, marketinq və oxşar fakultə);
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili, (İngilis və Rus dillərində İşgüzar yazışma təcrübəsi mütləqdir);
• Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C;
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı 1200 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Maliyyə Meneceri" yazaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi xahiş olunur.