Cümə, 20 Aprel 2018 13:07

VAKANSİYA! PAŞA HƏYATdan istənilən ixtisas üzrə bakalavr təhsili olanlara İŞ TƏKLİFİ

Struktur bölmə: Maliyyə departamenti, İnzibati işlər Şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Kiçik mütəxəssis

Son müraciət tarixi: 25 aprel 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00


Vəzifənin öhdəlikləri:

1. Anbar işinin təşkili, anbara daxil və xaricolmalara nəzarət etmək;
2. İnventarizasiya üzrə texniki dəstək göstərmək;
3. Avadanlıqların işlək vəziyyətdə olmasına, təmir, daşınma və utilizasiyaya nəzarət etmək;
4. Birbaşa rəhbərin inzibati işlərlə bağlı digər göstəriş və tapşırıqlarını həyata keçirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Administrasiya, inzibati işlər və ya anbar işinin təşkili üzrə 1 ilədək iş təcrübəsi tələb olunur

Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur

Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir

Kompüter bilikləri: MS Office proqramlarında, anbar, inventarizasiya, administrasiya üzrə yerli proqramlarda işləmək bacarığı tələb olunur

Fərdi keyfiyyət tələbləri: Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, texniki işklərin planlaşdırılması və kordinasiyası, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı

Üstünlüklər: Xarici dil biliyi üstünlükdür

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər “İnzibati işlər” mövzusu ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

2 şərhlər

  • Şərh bağlantısı Cavid Cümə, 20 Aprel 2018 16:28 tərəfindən təqdim olunub Cavid

    Salam men Bakalavr tehsilliyem,mende islemek isteyirem nece muraciet etmek olar?????23 yasim var

  • Şərh bağlantısı Cavid Cümə, 20 Aprel 2018 16:28 tərəfindən təqdim olunub Cavid

    Salam men Bakalavr tehsilliyem,mende islemek isteyirem nece muraciet etmek olar?????

Şərh yazın