Müavinətin hesablanması üçün əsas sənəd olan 189 saylı qərarda ciddi dəyişiklik (1-ci yazı)

Müavinətin hesablanması üçün əsas sənəd olan 189 saylı qərarda ciddi dəyişiklik (1-ci yazı)

Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov yenilikləri “vergiler.az”a şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilib. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınacaq.

Misal 1: İşəgötürən işçiyə 2022-ci ilin avqust ayında maddi yardım verib. Sentyabr ayında işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, işəgötürən müavinət hesabladıqda maddi yardım son 12 ay üzrə hesablanacaq gəlirlərə aid ediləcək. Dəyişikliyə qədər isə maddi yardım əməkhaqqının tərkib hissəsi olmadığı üçün nəzərə alınmırdı.

Misal 2: 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edən işçiyə həmin ilin aprel ayında istifadə edilməmiş məzuniyyətə görə ödəniş hesablanıb. Dəyişikliyə qədər həmin məbləğ nəzərə alınmırdı: çünki Əmək Məcəlləsinin 157-cü maddəsinin üçüncü hissəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 189 saylı qərara edilmiş dəyişiklikdən sonra istifadə edilməmiş məzuniyyətə görə hesablanan məbləğdən məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün bu məbləğ işçinin gəlirlərində də nəzərə alınacaq.
Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişiklikdə işçinin mənafeyi nəzərə alınıb. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Xəbərlər