Faiz gəlirlərindən ödəmə mənbəyində verginin tutulmasında hansı yenilik var? (4 MƏQAM)

Faiz gəlirlərindən ödəmə mənbəyində verginin tutulmasında hansı yenilik var? (4 MƏQAM)

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Prezidentin 13 may 2022-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 123.1-ci maddəsi yeni redaksiyada təsdiq edilib. Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Maddənin yeni redaksiyada təsdiqi ilə bağlı 3 məqama diqqət yetirmək lazımdır.

Birinci məqam ondan ibarətdir ki, dəyişikliyə qədər rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulurdu.

Misal üçün, bankda depozit yerləşdirən vergi ödəyicisinə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulmalıdır. Yeni dəyişiklikdən sonra bank həmin depozit üzrə yaranan faiz gəlirlərindən vergi tutmayacaq. Vergi ödəyicisi həmin gəliri ümumi qaydada  mənfəət vergisinə cəlb edəcək.

İkinci məqam Vergi Məcəlləsinin 123.1-ci maddəsində edilən dəyişikliyin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minməsidir. Qanunun tarixinin 13 may 2022-ci il olmasını nəzərə alaraq, banklar ödənilən faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi tutulması ilə bağlı 2022-ci ilin 1-ci rübunə dəqiqləşdirimiş hesabat təqdim etməlidir.

Üçüncü məqam. Dəyişikliyə qədər Vergi Məcəlləsinin 123.3-cü maddəsinə əsasən, rezident müəssisə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaltmalı idi. Yeni dəyişikliklərdə artıq ödəmə mənbəyində vergi tutulması olmadığı üçün hər hansı təsdiqedici sənəd təqdim etməyə və ya ödəmə mənbəyində  tutulan verginin məbləğinin azadılmasına ehtiyac yaranmayacaq.

Dördüncü məqam. Vergi Məcəlləsinin 123.1-ci maddəsi üzrə rezident müəssisə tərəfindən fiziki şəxsə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz verginin tutulması öncə oldugu qaydada həyata keçirilməlidir.

Misal üçün, fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsə faizlə borc verərsə, bu halda hüquqi şəxs faiz gəlilərini ödədikdə, ödəmə mənbəyində 10 faiz məbləğində verginin tutulmasını həyata keçirilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər