YENİLİK! HR-lar ƏMAS altsistemində yerləşdirilən elektron sənəd formadında xəstəlik vərəqələrini mühasiblərə təqdim etməlidir?

YENİLİK! HR-lar ƏMAS altsistemində yerləşdirilən elektron sənəd formadında xəstəlik vərəqələrini mühasiblərə təqdim etməlidir?

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 3 may 2025-ci ildə tarixdə keçiriləcək. "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında olacaq təlimdə ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklər də izah ediləcək. Video recording və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamağınız kifayətdir.

Xəbər verdiyimiz ki, dünəndən yəni 1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin  elektron sənəd formasında tərtib olunması həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri  tərəfindən elektron sənəd formasında tərtib edilməlidir.  

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2024-cü il tarixli 3-28/3-1- 675/2024 nömrəli əmri ilə artıq elektron formada xəstəlik vərəqəsi təsdiqlənib.  Mks.az saytı olaraq ƏMAS altsisteminə yüklənməsi həyata keçirilən və elektron sənəd formasında olan xəstəlik vərəqəsini həmkarlarımıza təqdim etmişik.

Son dövrlər daxil olan həmkarlarımızdan daxil olan suallardan biri də DSMF orqanının sistemində əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqqı hesab cədvəlini tərtib edən şəxsin elektron sənəd formasında tərtib edilən xəstəlik vərəqələri üzrə məlumatları necə əldə etməsi ilə bağlıdır.  Qeyd edək ki, insan resursaları mütəxəssisləri ƏMAS altsistemində "xəstəlik vərəqələrinin reyestri" bölməsinə həmin sənədlə tanış olmaq imkanına malıkdır. Yenilikdən sonra haqq-hesab cədvəlini təqdim edən məsul şəxslər (mühasib və s.) isə həmin sənədi e-gov.az portalından əldə edə biləcəklər. Haqq-hesab cədvəlinin "Sığortaolunan haqqında məlumatların daxil edilməsi" bölməsinin "xəstəlik vərəqəsinin seriya və nömrəsi" altbölməsində əvvəllər məlumatlar yalnız əllə (manual) olaraq daxil edilirdi. Yeni dəyişiklikdən sonra işəgötürən həmin məlumatları daxil etmək üçün iki seçimdən birini etməlidir:

Şəkildən göründüyü kimi,  elektron sənəd formasında təqdim edilən xəstəlik vərəqələri "servisdən gələn xəstəlik vərəqələri" bölməsinə təsnifləşdirilir.  Kağız formada tərtib olunan xəstəlik vərəqələri üzrə məlumatlar isə "manual daxil edilən xəstəlik vərəqələri" bölməsində yerləşdirilir. 

Məlumat üçün bildirək ki, 3 may 2025-ci il tarixdə "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında keçiriləcək tematik təlimdə elektron sənəd formasında tərtib olunan xəstəlik vərəqələri üzrə  məsələlər müzakirə olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın