RƏSMİ MÖVQE: Saatlıq əmək haqqı ilə bağlı proses 1 iyun tarixə kimi yekunlaşacaq

RƏSMİ MÖVQE: Saatlıq əmək haqqı ilə bağlı proses 1 iyun tarixə kimi yekunlaşacaq

Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov: "Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur"

MKS Academy tərəfindən növbəti onlayn tematik təlim 3 may 2025-ci ildə tarixdə keçiriləcək. "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında olacaq təlimdə ƏMAS altsistemində həyata keçirilən son dəyişikliklər də izah ediləcək. Video recording və sertifikat təqdim edilən tematik təlimdə fərdi və ya təşkilat (müqavilə, e-qaimə və s.) hesabına iştirak etmək mümkündür. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı (What’s app da aktivdir) telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamağınız kifayətdir.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.

ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Nazirlik tərəfindən mütəmadi olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik layihələri hazırlanır.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə 200-ə yaxın dəyişikliyi nəzərdə tutan 7 dəyişiklik layihəsi mövcuddur: "Həmin layihələr üzrə aidiyyəti orqanlarla razılaşdırma mərhələsi prosesi davam edir. Bu layihələrdən biri də saatlıq əməkhaqqının tətbiqi ilə bağlı olan Əmək Məcəlləsinə dəyişiklik layihəsidir. Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur".

Şöbə müdiri bildirib ki, qanunvericilik layihələri hazırlanan zaman beynəlxalq təcrübə araşdırılır, eyni zamanda yerli qanunverciliyin tələbləri, işəgötürənlərin və işçilərin qarşılaşdıqları problemlər və uyğunsuzluqlar təhlil edilir və normativ hüquqi akt layihəsi buna uyğun olaraq hazırlanır:

"Tərəfimizdən beynəlxalq təcrübənin araşdırılması zamanı müəyyən edilmişdir ki, 3 formada əməkhaqqı ödəniş sistemi mövcuddur. İlk olaraq aylıq əməkhaqqı, hansı ki, bu gün respublikada bu normadan istifadə olunur. İkincisi, yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələrdir ki, bura ABŞ, Böyük Britaniya, Almaniyanı misal göstərə bilərik. Bəzi ölkələr də var ki, bu ölkələrdə saatlıq və aylıq əməkhaqqı sistemlərinin hər ikisi tətbiq olunur. Buna misal olaraq Estoniya, Malaziya, Rumıniya, Ukraynanı misal göstərmək olar. Hətta həftəlik minimum əməkhaqqı tətbiq olunan ölkələr belə mövcuddur".

Şöbə müdirinin sözlərinə görə, aparılmış təhlillər nəticəsində müəyyən ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqi uyğun görülüb.

"Aparılmış təhlillər nəticəsində müəyyən etdik ki, ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqinin üzərində dursaq, daha yaxşı olar. Layihə bunun üzərində hazırlanıb. Bunun  bütün işə götürənlərə şamil olunması nəzərdə tutulmur. Burada yalnız qısa müddətli və həftəlik iş vaxtı normasının yarısından az işləyən şəxslərə layiqli əməyin təyin edilməsi nəzərdə tutulur. Bərabər, yüksək əməkhaqqının təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sistemi yalnız dediyim kontingentdən olan şəxslərə tətbiq olunması nəzərdə tutulur. Burada sahələri indidən demək çətindir, amma belə düşünmək olar ki, bu qısamüddətli, bir aydan daha aşağı bağlanan müqavilələr yaxud həftəlik iş vaxtı normasından az işləmə hansı sahələrdə tətbiq olunursa, aid edilə bilər. Misal olaraq mövsümi kənd təsərrüfatında işə cəlb olunan şəxslər, yaxud restoranlardakı ofisiantlar. Hansı ki, müəyyən işi icra etdikdən sonra iş bitmiş sayılır. Bu həm işəgötürənlərdə, həm də işçilərdə əmək münasibətlərində çevikliyi artıracaq. Eyni zamanda əmək məhsuldarlığının artacağını düşünürük. Hazırda Əmək qanunvericiliyində aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşı deyilən anlayış var. Hansı ki, müəyyən orta aylıq əməkhaqqının hesablanması zamanı istifadə olunur. Amma bizim təklif etdiyimiz layihədə saatlıq əməkhaqqı tətbiq olunan sahələrdə həmin əməkhaqqının miqdarı aylıq əməkhaqqının əsasında müəyyən edilən saatlıq tarif maaşından daha yüksək müəyyən ediləcək"- F.Heydərov qeyd edib.

Məlumat üçün bildirək ki, 3 may 2025-ci il tarixdə "Əmək haqqının hesablanması: A-dan Z-yə" və "Xəstəlik vərəqələri üzrə müavinətlər: yeniliklər və hesablanması qaydası" mövzularında keçiriləcək tematik təlimdə saatlıq əmək haqqı ilə bağlı aşağıdakı məsələlər müzakirə olunacaq. Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] adressi ilə əlaqə saxlamağınız kifayətdir

Sual 1. Tutaq ki, bir saat üçün 20 manat müəyyən edilib. Bu halda həmin aydakı iş günlərinin əhəmiyyəti olmayacaq? Yəni bayramların çox olduğu mart və ya bayramların olmadığı aprel ayında saatlıq minimum əmək haqqı standartı eyni, yoxsa fərqli olacaq?

Sual 2. İşçinin əmək müqaviləsində ay ərzində necə saat işləməsinin qeyd olunması gözlənilir? Yoxsa, sadəcə qeyd ediləcək ki, hər saatına X manat hsablanacaq və ay sonu həmin saatlara görə ödəniş ediləcək?

Sual 3. Hansı halda işçiyə iş vaxtından artıq saata görə ikiqat hesablanma həyata keçiriləcək?

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər