Fərqanə ALLAHVERDİQIZI

Elsevər İbadov: "Peşəkar mühasib sertifikasiyasının hazırkı vəziyyəti ideal deyil"
İqtisad üzrə fəlsəfə doktoru, dosent Elsevər İbadov “vergiler.az”ın suallarını cavablandırıb: "Bütün bunlara rəğmən, bunu başlanğıc üçün uğurlu bir layihə kimi qiymətləndirirəm və ümidvaram ki, zamanla daha da inkişaf edəcək"
17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi". Təlimdə həmçinin ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress). Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”na əsasən, peşəkar mühasiblər sahib olduqları sertifikatın növünə uyğun xidmət göstərmək hüququ əldə edirlər. Onlar baş mühasib kimi dövlət və özəl müəssisələrdə karyeralarını davam etdirə bilərlər. Peşəkar mühasib sertifikatının alınması üçün keçirilən imtahanların tələbləri, müsbət və mənfi tərəfləri, eləcə də biznesə töhfəsi barədə “vergiler.az”ın suallarını iqtisad üzrə fəlsəfə doktoru, dosent Elsevər İbadov cavablandırıb:
- Elsevər müəllim, həm uçot və mühasibatlığın inkişafı, həm də biznesə dəstək baxımından peşəkar mühasib sertifikasiyasının əhəmiyyəti nədir?
- Peşəkar mühasib sertifikatı (PMS) imtahanları mühasibatlığın inkişafı baxımından çox əhəmiyyətlidir. Ötən əsrin sonlarında müstəqil dövlətimizi qurduq və 1995-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə “Mühasibat uçotu haqqında” Qanunu imzaladı. Sonralar bu qanuna dəfələrlə dəyişiklik edilib, çünki biz də qloballaşan dünya ilə ayaqlaşmaq məcburiyyətindəyik. Əvvəllər uçot sistemimiz və müəssisələrimiz beynəlxalq tələblərə hazır deyildi. Amma biz bu yolu çox sürətlə keçməyə çalışdıq. 2018-ci ildə “Mühasibat uçotu haqqında” Qanunun tələbləri sırasında ən vacib mərhələlərdən biri də peşəkar mühasib sertifikasiyası oldu. Birincisi, bu, ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Çünki “kölgə iqtisadiyyatı”ndan çıxmaq kimi strateji hədəflərə nail olmaq üçün uçotun da şəffaflaşması vacibdir. Həmçinin, özəl və dövlət sektorlarında uçotun beynəlxalq meyarlara uyğun aparılması qlobal bazarlara çıxış imkanı qazandırır. Beynəlxalq layihələrdə və maliyyə bazarlarında oyunçu ola bilmək üçün biz onlara uyğun uçot standartlarını qəbul və istifadə etmək məcburiyyətində qalmışdıq. Bu mərhələdə həmin prosesləri icra edəcək mütəxəssislərin sayının az olması maneə yaradırdı. Peşəkar mühasib sertifikasiyası bu işləri icra edə biləcək peşəkar kadrların yetişməsi üçün dövlət tərəfindən ciddi addım oldu. Bu baxımdan, peşəkar mütəxəssislərin yetişməsi ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Bizneslərə gəlincə, sahibkarlar şəxsi kapitallarını peşəkarlara əmanət etməlidirlər. Bu isə bəzən sahibkarlar üçün çətin olur. Bu baxımdan, mühasibin biliklərinın hansı səviyyədə olmasını müəyyən etmək üçün rəsmi qaydada təşkil olunan sertifikasiya imtahanları sahibkarlara kömək etmiş oldu və nəticədə hər kəs qazandı.
- Bəzən belə fikirlər də səslənir ki, PMS imtahanları əzbərçiliyi tələb edir, konkret situasiyalarda həmin sertifikatı alan şəxslərin o qədər də peşəkar olmadıqları üzə çıxır. Siz necə düşünürsünüz, bu istiqamətdə hansısa çatızmazlıqlar varmı?
- Peşəkar mühasib sertifikasiyasının hazırkı vəziyyəti ideal deyil və mütləq şəkildə müəyyən əskik və nöqsanlı tərəfləri də var. Amma mühasiblər arasında və bazarda heç bir qiymətləndirmənin olmadığı dövrlə indiki dövr arasında ciddi inkişaf müşahidə edilir. Düşünürəm ki, zamanla bu bilikölçmə mexanizmləri daha da təkmilləşəcək və mühasibatlıq sisteminə uyğunlaşdırılacaq. Sertifikatı əldə etmək istəyənlərin hamısı peşəkar olmaya bilər, amma peşəkarlar bunu mütləq almalı və öz peşəkarlığını göstərməlidir. Sizin də qeyd etdiyiniz kimi, PMS-in əzbərçilik yönləri ola bilər. Ancaq xüsusilə birinci mərhələdə daha çox açıq suallar və konkret keyslərin həlli tələb olunduğundan, bu xüsusiyyətlər aradan qaldırılıb. Bu baxımdan, düşünürəm ki, məsələ qismən həll olunub. Vaxt keçdikcə digər nöqsanlar da aradan qaldırılacaq.
- Məsələn, sizin fikrinizcə, nələri dəyişmək lazımdır?
- Hesab edirəm ki, PMS imtahanlarındakı suallar daha çox təcrübədə rast gəlinən halların izahına həsr olunmalıdır. Eləcə də namizədlər praktikada baş verən qarışıq halların izah olunması, bu zaman uçotun necə aparılması, maliyyə hesabatlarında necə göstərilməsi ilə bağlı biliklərini ortaya qoya bilməlidirlər. İmtahanların çatışmayan tərəflərindən biri də burada idarəetmə uçotu biliklərinin ölçülməməsidir. Bütün bunlara rəğmən, bunu başlanğıc üçün uğurlu bir layihə kimi qiymətləndirirəm və ümidvaram ki, zamanla daha da inkişaf edəcək.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın