Kassa məxaric orderi fiziki şəxsə ödəniş edildikdə rəsmiləşdirmə necə aparılmalıdır?

Kassa məxaric orderi fiziki şəxsə ödəniş edildikdə rəsmiləşdirmə necə aparılmalıdır?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Kassadan məxaric orderində, pulun hansı şəxsə nə üçün verildiyi haqda məlumat əksini tapmalıdır və pulu alan şəxs imzası ilə bunu təsdiq etməlidir. Misal üçün binanı təmizləmək üçün bir günlük xadimə gətirilir və yaxud təmirə ehtiyacı olan bir şeyə görə usta çagırılır, iş müqabilində 50 manat vəsait verilir. Amma işi görən şəxs məxaric orderinə adının yazılmasından, imza atmaqdan imtina edir. Bu halda məxaric orderinə pulun hansı işə ayrıldığını yazmaq kifayət edirmi? Bu məxaric orderi etibarlı sayılırmı?
Cavab: Bildiririk ki, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda (bundan sonra - Qaydalar) ilə tənzimlənir.
Qaydaların 2.5-ci bəndinə əsasən kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanır.
Qaydaların 3.4-cü bəndinə əsasən kassadan nağd pul vəsaitləri vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi və ona əlavə edilmiş sənədlər əsasında verilir.
Qaydaların 3.7-ci bəndinə əsasən kassa məxaric orderi ilə vergi ödəyicisinin işçisi olmayan şəxslərə fərdi qaydada pul vəsaiti verildikdə, kassa məxaric orderinin “Sənəd” rekvizitində pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır.
Qaydaların 4.7-ci bəndinə əsasən kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric edilmir.
Əlavə olaraq bildiririk ki, kassa məxaric orderinin və baş kitabın tərtibi üzrə məsələlər ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər