Dost dosta tən gərək

Dost dosta tən gərək

Üç dost qatarın yola düşməsinə 1 saat qaldığını öyrəndikdən sonra dəmir yolu vağzalındakı kafedə yeyib-içmək qərarına gəlirlər. Məclisin şirin yerində dostlardan biri pəncərədən qatarın yola düşdüyünü görür,  qışqırıb dostlarını xəbərdar edir. Aləm qarışır, dostlar tələsik hesabı verib, çantaları götürüb qatarın dalınca qaçmağa başlayırlar. Əvvəlcə dostlardan biri ölüm-zülüm özünü qatara çatdırır, daha sonra ikinci dost birtəhər sonuncu vaqona minir. Dostların üçüncüsü hamıdan çox içdiyindən qatara çata bilmir, bir xeyli qaçandan sonra qatarın uzaqlaşdığını görüb dayanır. Yerə oturub ürəkdən gülməyə başlayır.
Bayaqdan bu mənzərəni müşahidə edənlərdən biri gülən dosta yaxınlaşıb bu hərəkətinin səbəbini soruşur:

-Ay qardaş! Sənin dostların qaçıb qatara çatdılar. Sənin çata bilmədiyin az deyilmiş kimi, hələ bir qəhqəhə də çəkirsən.

Talesiz dost gülməyinə güc-bəla ara verib deyir: Gülməyim neynəyim, onlar məni ötürməyə gəlmişdilər.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər