Səlim Özdəmirin «Daimi inkişaf yolu” kitabından seçmə

Səlim Özdəmirin «Daimi inkişaf yolu” kitabından seçmə

Məktəbdə dərslərin başlamasından heç iki ay keçməmiş müəllim sinfə girərək “imtahandır” dedi. Məktəbin əlaçı şagirdlərindən biri belə gözlənilməz sınaqlara da hazır olur. O, test suallarına bir-bir nəzər salaraq, sonuncu suala kimi hamısını cavablayır. Sonuncu sual belə olur: “Hər gün sinfi təmizləyən xadimənin adı nədir?” Yəqin ki, bu bir zarafat idi. Məktəbə erkən gəldiyindən o qadını bəlkə də hər gün görürmüş. Xadimə hündürboy, qara gur saçlı və təxminən əlli yaşlarında bir qadın idi. Əlaçı nə qədər fikirləşsə də, xadiməninin adını xatırlaya bilmir və son sualı cavabsız qoyaraq imtahan vərəqini müəllimə təhvil verir. İmtahan başa çatdıqdan sonra şagirdlərdən biri müəllimdən son sualın cavabının nəticəyə təsir edib-etməyəcəyini soruşur. “Əlbəttə ki, ona da bal verəcəyəm, – deyə müəllim məsələyə aydınlıq gətirməyə başlayır, – iş həyatınız boyunca bir çox insanlarla qarşılaşacaqsınız və onların hərəsi bir cür xarakterə malik olacaq. Amma buna baxmayaraq, onların hamısı sizin diqqətinizə, qayğınıza layiq adamlardır. Bəzən sadəcə gülümsəməyiniz və salam verməyiniz lazım olsa belə, bunu onlardan əsirgəməyin”. Əlaçı şagird bu dərsi ömür boyu yaddan çıxartmadı. Elə həmin xadimənin adını da... Doroti.

Əhvalatdan çıxan nəticə: “İnsanlar sizin diqqətinizi əsirgəməyəcəyiniz qədər mühüm varlıqlardır”.

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər