Olmayan fəaliyyətə görə vergi orqanına arayış təqdim edilməlidir

Olmayan fəaliyyətə görə vergi orqanına arayış təqdim edilməlidir

- Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi və fiziki şəxs rüblük olaraq sadələşdirilmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi bəyanna məsini təqdim edir. Fikrimcə, həmin vergi ödəyicisinin torpaq sahəsi yoxdursa, torpaqvergisi haqqında bəyannamə təqdim etməməlidir. Nə üçün vergi müfəttişləri səyyar vergi yoxlaması apararkən torpaq vergisi və ya ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim edilməməsinə irad tutur, arayışın təqdim edilməməsinə görə 40 manat cərimə tətbiq edirlər.

Möhübbəli Nağıyev

- Suala görə oxucumuza təşəkkür düşür. Çox maraqlı və praktiki sualdır. Praktikamda belə hallarla çox rastlaşmışam. Dəfələrlə vergi orqanlarının vəzifəli şəxsləri ilə mübahisələr etmişəm və çoxunu dediklərimin doğruluğuna inandıra bilmişəm. Sualın cavablandırılması üçün Vergi Məcəlləsinin maliyyə sanksiyalarını nəzərdə tutan maddələrinə nəzər yetirək.

57.1. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

M a d d ə d ə n aylın olur ki, vergi ödəyicisi vergi hesabatını və hesabat əvəzinə arayışı vaxtında təqdim etməzsə, onda 40 manat maliyyə sanksiyası tətbiq olunur. İndi görək arayış nədir.

16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Buradan da aydın olur ki, hesabat dövründə vergi ödəyicisinin vergi tutulan əməliyyatı olmadıqda o arayış təqdim etməlidir. İndi də məcəllənin torpaq vergisi ilə bağlı maddəsinə baxaq. Görək, torpaq vergisi ödəyicisi kimlərdir.

Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki

şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Bu maddəni oxuyan hər hansı vergi işçisi və vergi ödəyicisinə tam aydın olur ki, həmin vergini ödəmək üçün mütləq konkret bu vergi ilə bağlı vergi ödəyicisi olmalısan. Sonradan bu vergi ilə bağlı əməliyyat aparmalısan və həmin vergi ilə bağlı hesabat təqdim etməlisən və yaxud da əməliyyatın olmadıqda, 16-cı maddədə olduğu kimi arayış təqdim etməlisən. Əgər sizin torpaq sahəniz yoxdursa, demək siz torpaq vergisinin ödəyicisi deyilsiniz (204-cü maddədə qeyd olunduğu kimi). Və sizin torpaqvergsi ilə bağlı hər hansı əməliyyatınız ola bilməz. Ona görə də arayış təqdim etmək öhdəliyiniz də yoxdur. Qısası, siz torpaq sahəniz olmadığına görə torpaq vergisi ödəyicisi deyilsiniz. 16-cı maddədə isə aydın yazılıb ki, əvvəllər hər hansı vergi tutulan əməliyyatın olub, hesabat vermisən, indi yoxdur, arayış təqdim etməlisən.Sizə bir məsləhətim var. Vergi orqanları bunu sizə irad tutanda, onlara bir sual verin. Soruşun ki, təşkilat əgər sadələşdirilmiş vergi ödəyicisidirsə, məgər onda hər ay ƏDV bəyənnaməsi verməlidir? Axı, sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisi deyil. Onlar sizə deyəcəklər ki, əlbəttə, siz ƏDV haqqında arayış verməməlisiniz. Bu paraleli aparmaqla onları yanlış qərar verdiklərinə inandıra bilərsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər