Kassada pul qalığının düzgün olmamasına görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?

Kassada pul qalığının düzgün olmamasına görə nə qədər maliyyə sanksiyası tətbiq olunur?

Sual: Vergi yoxlaması zamanı müəyyən olunub ki, əməkhaqqı hesablanmasına baxmayaraq ödəniş sənədlərində işçinin imzası qeyd olunmayıb. Buna görə hər hansı cərimə və ya maliyyə sanksiyası tətbiq olunmalıdırmı? Ümumiyyətlə, ilkin sənədlərin düzgün tərtib olunmamasına görə vergi orqanları cərimələr tətbiq edə bilərmi?
Elxan Salmanov, Bakı
Cavab: Sualınız vergi və mühaibat uçotu ilə bağlı olduğundan Vergi Məcəlləsinə nəzər yetirməliyik. Ancaq gəlin, əvvəlcə bir məqamı aydınlaşdı-
raq, sonra qanunvericiliyə keçək. Sualdan aydın olur ki, təşkilatda kassa əməliyyatları aparılıb, əməkhaqqı veri- lib və kassa sənədləri bağlanılıb, qeyd
olunub ki, vəsait kassadan işçiyə ödənilib. Bəlkə doğrudan da, əmək haqqı verilib. Amma ödəniş cədvəlində işçinin imzası olmadığından vəsait ödənilməmiş sayılır. Sənədlərə uyğun olaraq kassada həmin işçiyə ödəniləcək məbləğ qədər faktiki qalıq qalmalıdır. Vergi orqanları yoxlama aparan zamanı bunu üzə çıxarsa, qərar əsasında kassada inventarizasiya apara bilər. Əgər inventarizasiya nəticəsində həmin məbləğ qədər çatışmazlıq aşka-
ra çıxarsa, onda Vergi Məcəlləsinin aşağıdakı maddəsi ilə maliyyə sanksiyası tətbiq olunmalıdır.
58.8. Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğ-
də uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə:
58.8.1. gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə — 5 faiz miqdarın-
da;
58.8.2. il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000
manatdan çox olan hissəsinə — 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi maddədə maliyyə sanksiyası haqqında tam dolğun məlumat verilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər