Konstitutsiya Məhkəməsinin qərarının tələbləri əmək müqaviləsinə xitam zamanı necə nəzərə alınmalıdır? (Misallarla izah)

Konstitutsiya Məhkəməsinin qərarının tələbləri əmək müqaviləsinə xitam zamanı necə nəzərə alınmalıdır? (Misallarla izah)

28 fevral 2026-cı il tarixdən satışda olacaq "Əmək Məcəlləsi 2026" kitabından seçmə

Sabah yəni 28 fevral 2026-ci ildə keçiiləcək növbəti tematik təlimin mövzusu “Məzuniyyət, kompensasiya, əmək haqqı və müavinət: dəyişikliklərin praktik tətbiqi və hesablanma qaydası” adlanır.Təlimdə Konstitusiya Məhkəməsinin son qərarının praktik təsiri, Əmək müqaviləsinə xitam zamanı məzuniyyət kompensasiyasının düzgün hesablanması, Əmək haqqı və müavinətlərin yeni qaydada tətbiqi real nümunələr üzərində hesablamalar
ətraflı şəkildə izah ediləcək.
Təlimdə iştirak etmək üçün şərh bölməsində 050 368 12 72 nömrəsi (WhatsApp aktivdir) ilə əlaqə saxlamağınız kifayətdir.
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam zamanı prosesləri misallarla izah edək.

Misal 1. İşəgötürən mütəxəssis vəzifəsində çalışan və 14 il əmək stajı olan işçinin əmək müqaviləsinə 10 fevral 2026-cı il tarixində xitam verib. Bu zaman işəgötürən yalnız əsas məzuniyyət üzrə kompensasiya ödəməlidir. İşçinin 14 illik əmək stajına görə müəyyənləşən 4 günlük əlavə məzuniyyət kompensasiya zamanı nəzərə alınmayacaq. Çünki işçinin əmək müqaviləsinə Konstitutsiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli qərarından öncə xitam verilib.

Misal 2. İşçi 1 may 2025-ci il tarixində rəhbər vəzifəyə işə qəbul olunub. İşçinin əmək stajına görə 6 gün əlavə məzuniyyəti mövcuddur. İşçi iş ili ərzində əsas məzuniyyətinin 10 günündən istifadə edib. İşçinin əmək müqaviləsinə 28 fevral 2026-cı il tarixdə xitam verildiyi zaman kompensasiya hesablanması zamanı ilk olaraq aşağıdakı kimi tənasüb qururuq:

12 ay – 36 gün
10 ay – X gün

X gün = (36 gün × 10 ay) / 12 ay = 30 gün

İşçi iş ilində 10 gün məzuniyyətdən istifadə etdiyi üçün işəgötürən kompensasiya hesablanarkən 20 gün nəzərə almalıdır:
20 gün = 30 gün (kompensasiya zamanı hesablanan günlərin sayı) – 10 gün (istifadə etdiyi məzuniyyət günlərinin sayı)

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər